Qadın yanında kişi olmadan Həccə gedə bilər?
Müsəlmanlar > Fitvalar > Həcc-ömrə > Qadının səfəri Tarix: 13 Mayıs 2014 Tövsiyə et Çap et
Sual: Bizim məhəllədə yaşayan bir qadın təkbaşına Həccə getmək istəyir. Çünki əri ölüb, övladı da yoxdur. Məhəllə camaatı ona deyir ki, yanında ərin olmadan Həccə gedə bilməzsən. Həqiqətən də, belədir? Dində belə bir şey var?

Cavab: Məzhəblərin bu məsələyə dair müsbət və mənfi olmaq üzrə müxtəlif fikirləri var.

Lakin bu məsələyə geniş perspektivdən yanaşmaq lazımdır. Belə ki, rəsulullah (s. a. v.) bəzi hallarda qadınların çox yaxın məsafədə yerləşən yerlərə belə, təkbaşlarına getməyinə icazə verməyib. Çünki orada təhlükəsizliklə əlaqədar bir problem olub. Misal üçün, bu gün Qərb bölgələrində demirlər ki, günəş batandan sonra bayıra çıxma, ehtiyatlı ol!? Bu xəbərdarlıq təkcə qadına deyil, kişilərə də edilir. Həqiqətən də, əgər təhlükəsizlik problemi varsa, həm qadın, həm də kişi bir evdən çıxıb o birinə gedə bilməz.

Bəs təhlükəsizlik təmin edilibsə necə? Məhz bu məsələ ilə əlaqədar olan səhih (mötəbər) bir hədis var. O hədisdə deyilir ki, Ədiyy ibn Hatim adlı səhabə müsəlman olduğu vaxt peyğəmbərimiz (s. a. v.) ona belə demişdir:

Ədiyy! Sən Hirə şəhərini görmüsənmi?”.

Mən: “Xeyr, görməmişəm, lakin ora haqqında məlumatım var. Bu barədə mənə danışıblar”, – deyə cavab verdim.

Peyğəmbərimiz (s. a. v.): “Əgər sənin ömrün vəfa etsə (yaşasan), hövdəc (qadınların minməyi üçün dəvənin belinə qoyulan kiçik kəcavə, təxti-rəvan) içində səfər edən qadının Hirədən yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan ta Kəbəni təvaf edəcəyini görəcəksən”, – dedi.

Mən buna təəccübləndim və öz-özümə: “Əyalətlərdə fitnə-fəsad atəşini yandırmış o Tayy qəbiləsinin yolkəsənləri harada qalacaq ki, (qadın tək başına səfərə çıxacaq?)”, – dedim.

Ədiyy sözlərinə belə davam etdi: “Mən Hirədən kəcavə içərisində yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan nəhayət ki, Kəbəni təvaf edən qadını gördüm”.1

Hirə şəhəri indiki İraqın Nəcəf əyalətində bir qəza mərkəzi olub Kufə şəhərinin 5 km cənubunda və Kufə ilə Havernak arasında olan Kinidrə təpəsinin cənub-şərqində, Fərat çayı kənarında yerləşən geniş bir düzənlikdə qurulub.2

Buradan belə başa düşülür ki, əgər yol təhlüksəziliyi təmin olunubsa, qadın təkbaşına da Həccə gedə bilər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır3

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazıları da oxumağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/qadinin-seferi

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Mənaqib, 25. []
  2. Hüseyin Ali Əd-Dəquqi, “Hire”, Diyanet İslam Ansiklopedisi, XVIII cild, s. 122. []
  3. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.332 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qadının səfəri – I 29.06.09 2.663 dəfə oxundu
2 Qadının səfəri – II 01.07.09 2.604 dəfə oxundu
3 Qadın yanında kişi olmadan Həccə gedə bilər? 13.05.14 1.332 dəfə oxundu
4 Subay bir qadın təkbaşına ömrəyə gedə bilər? 10.12.10 2.488 dəfə oxundu
5 Qadın tək başına 90 kilometrdən uzağa gedə bilər? 27.05.11 2.570 dəfə oxundu