Müsəlmanlar

Qız uşağına Sibel adı qoymaq olar?

Sual: Mənim adım Sibeldir. Adımla əlaqədar olaraq bəzi sözlər deyilir. Mən bu sözlərdən narahat oluram. Deyirlər ki, bu ad Misir kraliçası Kibelenin adından irəli gəlir. O isə bütpərəst imiş. Mən buna görə öz adımı dəyişdirmək istəyirəm. Xahiş edirəm, bu ad və mənası barədə məlumat verəsiniz.

Cavab: Şəxs adları lüğətində qeyd edilir ki, bu ad Türk mənşəlidir və aşağıdakı kimi mənalar daşıyır:

1) Buğda başağı, sünbül.

2) Hələ yerə düşməmiş yağış damcısı.

Buradan belə məlum olur ki, Sibel adının mənaları arasında dinimizə zidd olan hər hansı bir motiv yoxdur. Ona görə də qız uşaqlarına belə bir ad qoymaq olar. Eləcə də, bu adı dəyişdirməyə ehtiyac yoxdur.

Bu məsələdə mühüm bir məqam var: Sibel adı ölkəmizdə yayılmış bir ad deyil. Odur ki, uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız.

Bütün bunlarla yanaşı, yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, yəni, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.

Adların hansı hallarda dəyişdirilməsi ilə əlaqədar olaraq aşağıdakı qısa cavaba da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2963.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.