Əzan yuxu nəticəsində ortaya çıxıb?
Müsəlmanlar > Əzan-iqamə > Fitvalar Tarix: 05 Mayıs 2014 Tövsiyə et Çap et
Sual: Bəzi adamlar deyirlər ki, əzan ilk dəfə əshabələr tərəfindən yuxuda görülüb. Sonra onlar bunu peyğəmbərə tövsiyə ediblər. İlk dəfə əzan bu cür oxunmağa başlanıb. Bu söz nə dərəcədə düzgündür?

Cavab: Əzan nədir? Əzan bir dəvətdir, çağırışdır. Quranda Cümə surəsində deyilir ki, Cümə günü namaza çağırıldıqda Allahı zikr etməyə tələsin.

Əzanın sözləri həqiqətən də, çox gözəldir; cahanşümul mesajlar ehtiva edir. Əzanın sözləri insanın yaddaşında yaxşı qalır.

Allah Quranda namaza çağırışdan bəhs edir. Deməli, əzan əslində Quranla da sabitdir. Rəsulullah (s. a. v.) da belə edib; o dövrdə namazlardan əvvəl əzan oxunub. Odur ki, bunu yuxu ilə izah etməyə ehtiyac yoxdur. Çünki həm Quranda namaza çağırışdan danışılır, həm də əzan oxumaq birbaşa peyğəmbər tərəfindən həyata keçirilən bir məsələdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.136 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Əzanın axırına səla əlavə etmək düzdür? 13.01.12 1.501 dəfə oxundu
2 Azan duasını məsciddə camaatla birlikdə etmək doğrudur? 13.12.12 1.602 dəfə oxundu
3 Məsciddə əzan oxunmadan fərz namazını qıla bilərik? 26.10.16 373 dəfə oxundu
4 Əzan yuxu nəticəsində ortaya çıxıb? 05.05.14 1.136 dəfə oxundu
5 Hər millət öz dilində azan verə bilər? 12.06.11 2.138 dəfə oxundu
6 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 1.572 dəfə oxundu
7 Adı dəyişdirdikdə təzədən əzan oxumaq və qurban kəsmək lazımdır? 31.01.11 2.372 dəfə oxundu
8 Namazı əzan oxunan kimi qılmaq lazımdır? 21.12.10 10.057 dəfə oxundu
9 Qadınlar niyə iqamə demirlər? 30.11.10 7.712 dəfə oxundu
10 Sübh namazını əzan oxunan kimi qılmaq olar? 12.01.11 5.268 dəfə oxundu
11 Azan çəkildiyi vaxt özümüzü mütləq yığışdırmalıyıq? 06.07.10 4.020 dəfə oxundu