Müsəlmanlar
Bəzi ayələrdəki “Allahın zikri” ifadəsi ilə nə nəzərdə tutulur?

Bəzi ayələrdəki “Allahın zikri” ifadəsi ilə nə nəzərdə tutulur?

Sual: Quranın Münafiqun (Münafiqlər) surəsinin 9-cu ayəsində deyilir: “Mal-mülkünüz və övladlarınız sizi Allahın zikrindən uzaqlaşdırmasın.” Buradakı zikr ifadəsi ilə nə nəzərdə tulur? Bu, namaz deməkdir, yoxsa görülən hər bir iş Allahın adını zikr etmək hesab olunur?

Cavab: Zikr ifadəsi ilə Allahın kitabı nəzərdə tutulur. Allah Quranda bildirir ki, qəlblər Allahın zikri ilə aram olur. Yəni, Allahın kitabı ilə.

Diqqət yetirin, dərsimizin 1-ci hissəsində çox vacib məsələlərə toxunduq. Neçə-neçə fiqh, hədis və təfsir alimini, Hənəfi məzhəbini, eləcə də, kəlam alimlərini burada hamının razılaşacağı formada tənqid etdik. Əgər bizim oxuduqlarımız məhz Allahın ayələri olmasaydı, siz heç bununla (konstruktiv tənqidlərlə) razılaşardınızmı?

Əgər belə olmasaydı, durub deyəcəkdiniz ki, filan alim belə deyir, filan alim də bu cür. Bu halda biri onunla həmfikir olduğunu, o biri isə onunla qətiyyən razılaşmadığını deyəcəkdi. Amma ortada Allahın ayəsi olduqda insanlar bunla qane olurlar. Müsəlmanın əsas öhdəliyi də Allahın ayələrinə istinad etməkdir.

Odur ki, qeyd etdiyiniz ayədəki zikr ifadəsi ilə Allahın kitabı nəzərdə tutulur. Ona görə də iş-gücünüz, oğul-uşağınız (onların gündəlik qayğıları) olsa da, hər gün bir neçə ayə oxuyun və onları yaxşı-yaxşı dərk edin.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.