“Şeytan” adını alan İblis vaxtilə mələk idi?
Müsəlmanlar > Cinlər > Fitvalar Tarix: 01 Nisan 2014 Tövsiyə et Çap et
Sual: Uca Rəbbimiz bir çox ayədə Mələklərə “Adəmə səcdə edin” –dediyini və İblisdən başqa hamısının səcdə etdiyini xəbər verir. Başqa bir ayədə isə İblisin cinlərdən olduğunu deyir. Sualım budur ki: Səcdə etmə əmri mələklərə verildiyinə görə cinlərdən olan İblis nəyə görə bu əmri öz üstünə almış və “mən səcdə etmirəm”- demişdir? Allah da nə üçün onu hüzurundan qovmuşdur? Bu, eynilə bir müəllimin sinifdə “uzun boylu olanlar taxtaya çıxsın”- dedikdən sonra, qısa boylu tələbələri taxtaya çıxmadıqları üçün azarlamasına bənzəyir. Xahiş edirik bu mövzunu izah edəsiniz.

Cavab: Allah Təala bir ayəsində İnsanları da cinləri də özünə qulluq etsinlər deyə yaratdığını bildirmiş (Zariət, 51/56), bir başqa ayədə isə belə buyurmuşdur:

“Nə (İsa) Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də (Allaha) yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.” (Nisə, 4/172-173)

Allaha qul olmaq mələklərin də vəzifəsidir. Onlardan “müqərrəb” olanları yəni Allahın özünə yaxın gördükləri Allaha qulluqda geri qalmazlar. Ancaq ayənin davamından da başa düşəcəyimiz kimi, hər kim olur-olsun Allaha qulluq etməyi özünə yaraşdırmayıb kibirlənərsə o, acı bir əzaba düçar olacaqdır.

İblisin yoldan çıxması belə olmuşdur. O da, Bəqərə surəsi 30 və 32-ci ayələrdə digər mələklərlə bərabər Allaha qul olma yolunda tam bir təslimiyyət göstərmişdi. Amma nə vaxt ki, Adəmə səcdə etməklə imtahan edildi, İblis bunu özünə yaraşdırmadı, kibirləndi və nəticədə kafir oldu (Bəqərə, 2/34).

Aşağıdakı ayə, bütün mələklərin cin olduğunu aşikar göstərməkdədir:

“Bir zaman biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (Kəhf, 18/50)

Bu ayədə “…o da cinlərdən (görünməz məxluqlardan idi amma Rəbbinin əmrindən çıxdı”- ifadəsi, digər cinlərin əmrdən çıxmadığını göstərir. Allahın əmrindən çıxmayan cinlər də mələklərdir.

Cinlərin atəşdən yaradılması, mələklərin də atəşdən yaradılması deməkdir. Diqqət edərsəniz Quran mələklərin nədən/hansı maddədən yaradıldığına dair hər-hansı bir ayəyə yer verilməz. Amma mələklərlə cinlərin eyni olduğuna dair çoxlu miqdarda ayə vardır.

Aşağıdakı linklərdə cin-mələk münasibətləri ilə əlaqədar bütün ayələrin incələndiyi iki dərsimiz mövcuddur. Mövzuyla əlaqədar ətrafı məlumat əldə etmək istəyənlər üçün, o dərslərə baxmaları tövsiyə edilir:

http://www.kurandersi.com/mukayeseli-fikih-muzakereleri/2013/kuranda-melek-ve-cin-kavramlari.html

http://www.kurandersi.com/mukayeseli-fikih-muzakereleri/2013/kuranda-melek-ve-cin-kavramlari-2.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.971 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bəzi xəstəliklərə qarşı Quran oxunması nə dərəcədə düzgündür? 03.11.14 1.698 dəfə oxundu
2 Şeytan müxtəlif cildlərə girib insanlara görünə bilər? 10.11.12 2.130 dəfə oxundu
3 İblis elə güman edir ki, onu yoldan çıxardan Allahdır? 07.01.13 1.485 dəfə oxundu
4 “Şeytan” adını alan İblis vaxtilə mələk idi? 01.04.14 1.971 dəfə oxundu
5 Şeytan mələklərin qorumadığı insanların canına vicvicə salır? 25.10.13 1.508 dəfə oxundu
6 Quranda cin kəliməsindən yad insanlarmı qəsd edilir? 16.05.16 893 dəfə oxundu
7 Fələq surəsi 24.02.17 1.043 dəfə oxundu
8 Gözdəymə/nəzər varmı? 25.02.17 1.175 dəfə oxundu
9 Şeytan cindir, yoxsa mələk? 24.03.17 718 dəfə oxundu
10 Qurana əsasən cinlər əcnəbi insanlardırmı? 30.10.17 343 dəfə oxundu
11 Bütün narahatlıqların səbəbi cinlərdir? 29.06.09 2.281 dəfə oxundu
12 Cinlərin insan üzərində bir təsiri varmı? 05.03.18 470 dəfə oxundu
13 Cinvurma və dua 29.06.09 4.000 dəfə oxundu
14 Cinlər və pis yuxu görmək 29.06.09 18.926 dəfə oxundu
15 Elm və dinin cinlərə münasibəti necədir? 29.06.09 2.491 dəfə oxundu
16 Vampir və xortdan var? 29.06.09 2.394 dəfə oxundu
17 Peyğəmbərin risaləti və Quran cinlərə də şamil edilir? 01.03.10 1.881 dəfə oxundu