Müsəlmanlar

Evlənmək ya da arzularıma nail olmaq üçün nə etməliyəm?

Sual: Evlənmək, ərə getmək və ya hər hansı bir şeyə nail olmaq istəyənlər üçün, filan duanı və surəni oxumaları ya da əzbərləmələri təklif edilir. Belə şeylərin dini əsası varmı və bunlar nə dərəcədə doğrudur?

Cavab: Müsəlman əlbəttə həyatını Qurana əks etdirməlidir. Əgər hər hansi bir şeyi, istəyir Quran olsun oxuyub başa düşmürsənsə və onu həyata keçirmirsənsə onun sənə nə faydası ola bilər ki? Əfsus ki, müsəlmanlar əsrlərdir Quranı başa düşüb həyata keçirmək üçün deyil; onunla hər hansı məqsədlərinə nail olmaq, arzularına çatmaq ya da başqalarının işlərini qarışdırmaq üçün oxuyurlar və oxudurlar. Məsələn: Evlənmək istəyənlərə və ya evdə qalan qızlara “filan surəni oxusun”– deyə, öyüd verirlər. Bunun üçün bir çoxu fala baxdırır, kitab açdırırlar. Bütün bunlar, insanların dini inanclarını istismar etmək və saf insanları qandırmaq üçün onlardan pul qoparmaqdır.

İşlərin düzəlməsi üçün rəvayət edilən hədislərin və gəzən söz-söhbətlərin heç biri sağlam deyildir. Müsəlmanlar Quranı Kərimi yaşamaq üçün oxumaqdan uzaq qalınca, boş qalan ruhi boşluğu belə şeylərlə doldururlar: “Filan surəni oxu işin düzəlir”, “duanı suya sal iç və ya üfür, yastığının altına qoy”, və s.

Sizə Allahın tövsiyəsini verim: Quranı ya da surəni oxuyun, ona görə hərəkət edin sizin üçün hər şey yaxşı olar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.