Müselmanlar
Məscidlərə yazılı lövhələr asmaq düzdür?

Məscidlərə yazılı lövhələr asmaq düzdür?

Sual: Məlumdur ki, məscidlərin qiblə tərəfinə, tavanına və müxtəlif divarlarına Ərəb hərfləri ilə Allah, Muhəmməd və sairə kimi sözlər yazılır. Yaxud da bu sözlərin yazıldığı lövhələr asılır. Burada belə bir sual yaranır: Məgər peyğəmbərimiz Allahın şərikidir (tövbələr olsun!) ki, onun adı məscidlərə yazılır? Bu barədə nə deyərdiniz?

Cavab: Bu kimi şeylər düz deyil. Şəxsən mənim ağlıma gəlməsə də, bu kimi şeylər insanların zehnini qarışdırır. Bu, onlara mənfi təsir edir, onları çaş-baş salır. Elə isə bunları yazmamaq lazımdır.

Peyğəmbərimizin (s. a. v.) məscidində heç bir yazı yox idi; çox sadə idi. Məscidlər sadə olmalıdır. İnsanlar oraya gedib namaz qılmalı, Quran öyrənməli, dini-elmi məlumatlarını artırmalıdırlar. Əgər fikir vermisinizsə, İstanbulun Süleymaniyyə məscidində namaz qılan şəxsin gözünün qabağında diqqətini yayındıran bir şey yoxdur. Belə də olmalıdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin