Müsəlmanlar

Varislər ölünün borclarını qaytarmalıdırlar?

Sual: Varislər ölənin qalan borclarını qaytarmalıdırlar? Əgər ölənin mal-mülkü varsa, onun qalan borclarını yenə də varisləri öz mallarından qaytarmalıdır?

Cavab: İslam dininə əsasən varislərin belə bir cavabdehliyi yoxdur. Olan bir şeyə varis olunur, olmayana olunmur. İslam hüququna əsasən borclar varislərə miras qalmır.

Allah Quranın Nisa surəsinin 11-12-ci və 176-cı ayələrində, eləcə də Bəqərənin 180-ci ayəsində mirasla əlaqədar hökmləri bəyan edir. Bu ayələrə əsasən borc varislərə miras olaraq qalmır.

Əgər ölən adamın mirasına varis olanlar onun borlcarını qaytarsalar, bununla yaxşılıq edib savab qazanarlar. Əgər qaytarmasalar, bilinməlidir ki, onların belə bir cavabdehliyi yoxdur.

Bəli, ölən şəxsdən alacağı olan şəxs gəlib borcunu tələb edə bilər. Əgər ölənin mal-mülkü yoxdursa, alacağı şeyi onun varislərinin malından ala bilməz. Sadəcə olaraq miras malından ala bilər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Miras məsələləri ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/miras-vesiyyet

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.