Müsəlmanlar

Krivet yemək olar?

Sual: Krevet yemək dini cəhətdən düzgündür? Dində buna icazə varmı?

Cavab: Hər şeydən əvvəl məlumat üçün deyək ki, krevet dünyanın əksər sularında şirin və ya şor sularda yaşayan bir növ xərçəngkimilər su onurğasızlarındandır.

Allah Təala Quranda dənizdə yaşayan canlılar və dəniz məhsulları ilə əlaqədar olaraq belə buyurur:

أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَكُمْ وَلِلسَّيَّارَةِ

“Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və dənizdən çıxan qidalar sizə halal edildi”. (Maidə, 5/96)

Bu ayəyə əsasən dəniz heyvanlarının, yəni, suyun altından başqa yerdə yaşaya bilməyənlərin hamısı harada və nə cür olursa olsun, halaldır. Əlavə olaraq, ayənin Ərəbcə orijinalındakı “bəhr” sözü geniş və çox miqdarda suyu əhatə edən dəniz, çay, göl və böyük hovuzları bildirir.

Həzrəti Muhəmməddən (s. a. v.) nəql olunan məşhur bir hədisdə deyilir:

“Dənizin suyu təmiz, meytəsi (ölüsü) də halaldır.” ((Əbu Davud, Təharət, 41; Tirmizi, Təharət, 52; Nəsai, Təharət, 46; İbn Macə, Təharət, 38.))

Yuxarıda qeyd etdiyimiz ayə və hədisə əsasən hər növ balıq halaldır. Eyni zamanda molyusk, karides, kalamar və bir şirin su onurğasızı formasında tərif edilən krevet kimi qabıqlı dəniz/su heyvanları da halaldır. Bu, eyni zamanda alimlərin əksəriyyətinin müştərək fikridir. Təkcə Hənəfi məzhəbi bu məsələdə digərlərindən fərqli düşünür. Belə ki, onlar dəniz məhsullarından sadəcə olaraq balıq növlərinin yeyilə biləcəyini qeyd edirlər. Lakin bu məsələyə dair ayə və hədislər birlikdə təhlil edildikdə məlum olur ki, digər məzhəblərin fikri doğrudur.

Dəniz heyvanları və dəniz məhsulları ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/5384.html

http://www.muselmanlar.com/fitvalar/3169.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.