Qəbirlərin təhqir edilməsinə münasibət
Müsəlmanlar > Fitvalar > Qeyri-müsəlmanlar > Qəbristan-Qəbir ziyarəti Tarix: 01 Kasım 2013 Tövsiyə et Çap et
Sual: Bizim rayonumuzda (Hacıqabul) Rus qəbristanlığı adlandırılan bir yer var. Orada təkcə Ruslar deyil, başqa xristian xalqların nümayəndələri də dəfn olunub. Hətta bir neçə Erməni qəbri də var. Bunu qəbirlərdək yazılardan açıq-aydın başa düşmək olur. Qəbristanlığın yaxınlığında isə evlərimiz var. Bəzi qonşularımız qoyun və keçi kimi heyvanlarını qəbristanlığa buraxırlar. Heyvanlar orada otlayır. Təəssüf ki, bəzi adamlar qəbirləri təhqir də edirlər. Deyirlər ki, bunlar müsəlman deyil. Qəbirlərdəki metal boruları çıxardıb öz çəpərlərinə taxırlar. Bu və buna oxşar hərəkətlər İslam dini baxımından nə cür qiymətləndirilir?

Cavab: Sualınızda qeyd etdiyiniz hərəkətlərin hamısı İslama əsasən qəti surətdə qadağandır. Bir insan (xüsusilə də müsəlmanlar) belə hallara yol verməməli, bu cür davrananları da xəbərdar edib mənfi halların qarşısını almalıdır.

Çünki ölülər din və milliyətindən asılı olmayaraq toxunulmazdır. Eynilə dirilər kimi. Odur ki, qəbirləri təhqir etmək, qəbristanlığı yol halına gətirmək, orada mal-qara otarmaq, qəbir daşları və sairə materiallarını sökmək, eləcə də, qəbirlərin üstünə çıxmaq olmaz.

Peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) bütün bunları qadağan edib. Rəvayətə görə, o, bir gün bir nəfərin bir qəbrin üstünə ayağını basdığını gördükdə belə deyib:

“Sizin aranızdan bir nəfərin yanan kömürün üstündə oturmağı və odun onun paltarını yandırıb dərisinə keçməyi bu qəbrin üstündə oturmağından daha yaxşıdır.”1

Qısa desək, müsəlman insan öz əli və dili ilə başqalarına zərər verməyən insandır. Ona görə də bu kimi hərəkətlərin heç biri ona yaraşmaz və qətiyyən düzgün deyil.

Siz də sualınızda bəhs etdiyiniz şəxsləri münasib bir dillə xəbərdar etməli, əsl məsələni onlara izah etməlisiniz. Əlavə olaraq, bu hallar qanuni baxımdan da qadağandır.

Burada mühüm bir məqam da var: Bizim ölkəmiz dini tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələrindən biridir. Tarixə baxdıqda görürük ki, bizim cəmiyyətimizdə bütün dinlərin və müxtəlif xalqların nümayəndələri həmişə sülh, əmin-amanlıq və qarşlııqlı yardımlaşma şəraitində yaşayıblar. Bir sözlə, bu cür mənfi hallara yol vermək bizim mədəniyyətimizə də yaddır.

http://www.muselmanlar.com/fitvalar/qeyri-muselmanlar

http://www.muselmanlar.com/fitvalar/qebristan-qebir-ziyareti

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əbu Davud, 3228. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.512 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 2.739 dəfə oxundu
2 Adətli/heyzli qadın qəbir üstünə gedə bilərmi? 20.03.18 137 dəfə oxundu
3 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 3.187 dəfə oxundu
4 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 3.017 dəfə oxundu
5 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 4.993 dəfə oxundu
6 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 3.073 dəfə oxundu
7 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 2.478 dəfə oxundu
8 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 11.625 dəfə oxundu
9 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 2.117 dəfə oxundu
10 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 6.498 dəfə oxundu
11 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 3.480 dəfə oxundu
12 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.558 dəfə oxundu
13 Pir və ziyarətgahlar 07.12.10 20.795 dəfə oxundu
14 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 4.244 dəfə oxundu
15 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.201 dəfə oxundu
16 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.512 dəfə oxundu
17 Qəbir ziyarəti 29.06.09 4.394 dəfə oxundu
18 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.494 dəfə oxundu
19 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 3.894 dəfə oxundu
20 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 710 dəfə oxundu