Müsəlmanlar

İmkanı ola-ola borcunu qaytarmayanlara nə edə bilərik?

Sual: Mən və yoldaşım belə hesab edirik ki, bizim xoş niyyətimizdən sui-istifadə edənlər var. Belə ki, bir nəfərə borc veririk. Qaytarmaq vaxtı gəlib çatır. Amma o, borcunu qaytarmır. Kasıb da deyil, imkanı var. Biz yenə də bu işi Allaha həvalə edirik. Ondan intiqam almırıq. Bunu isə bağışlayın, axmaqlıq adlandırırlar. Bu kimi haqsızlığa məruz qalan insanlar Qurana əsasən nə etməlidirlər?

Cavab: Bu sualın cavabını Quran verir:

“Əgər birinə cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.

Sən səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir.” (Nəhl, 16/126-127)

Yəni, sizin belə bir haqqınız var. Məhkəməyə müraciət vs. Amma səbr etmək daha gözəldir. Başqaları sizin bu davranışınızı axmaqlıq adlandıra bilər. Amma Allah bunu daha xeyirli hesab edir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Sualla əlaqədar olaraq aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/5250.html

http://www.muselmanlar.com/fitvalar/4308.html

http://www.muselmanlar.com/fitvalar/4301.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.