Süd bankı təsis etmək barəsində nəyə əsasən təkid edirsiniz?
Müsəlmanlar > Fitvalar > Körpəni əmizdirmək-Süd qohumluğu Tarix: 17 Ağustos 2013 Tövsiyə et Çap et
Sual: Sizin saytınızda süd bankı təsis etməklə əlaqədar bir fitva var. Orada deyilir ki, süd bankı qurmaq olar. Məlumdur ki, süd bacı-qardaşlarının bir-biri ilə evlənməyi haramdır. Elə isə əgər bir süd bankı qurulsa, oradan süd alıb əmən uşaqlar böyüdükləri vaxt kimin bacısı və ya qardaşı olduğunu nə cür biləcəklər? Onların bilmədən bir-birilə evlənmək ehtimalı da var. Siz buna nə deyirsiniz?

Cavab: Körpələri süd anasına vermək və həmin qadına bunun müqabilində müəyyən haqq verilməsi İslam dininə görə caizdir. Yəni, bunda bir problem yoxdur.

Allah bu məsələ ilə əlaqədar olaraq belə buyurmuşdur:

“Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin (o yeri onların başına dar etməyin). Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə (boşanan qadının uşağı əmizdirmək məcburiyyəti yoxdur), onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.” (Talaq, 65/6)

Süd əmmək-əmizdirməkdən irəli gələn evlənmə qadağası isə Quranda belə bildirilir:

“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Nisa, 4/23)

Ona görə də anası olmayan, yaxud da olduğu halda südü olmayan/tapa bilməyən körpələrin süd anaya verilməsi kimi münasib, hətta zəruri bir iş “gələcəkdə güman ki, süd qohumları bir-biri ilə evlənəcəklər” formasında bir ehtimala əsasən haram olmur. Bundan söhbət gedə bilməz.

Həyata keçirilməsi planlaşdırılan layihənin tamamilə əleyhinə olmaqdansa, bu prinsiplərə xüsüsi diqqət yetirmək lazımdır:

1) Hansı qadının südü hansı körpəyə veriləcəyi qeyd olunur:

2) Süd əmən körpələrlə süd analarının arasında sevgi-məhəbbət əlaqəsi yaranır.

Süd bankı ilə əlaqədar ətraflı məlumatla tanış olmaq üçün aşağıdakı keçidlərə baxın:

http://www.muselmanlar.com/fitvalar/5215.html

http://www.muselmanlar.com/fitvalar/5141.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.202 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslama əsasən körpəni nə vaxta qədər əmizdirmək lazımdır? 01.11.11 3.092 dəfə oxundu
2 Hamilə qadın uşağa süd verə bilər? 21.11.10 4.821 dəfə oxundu
3 Qadın uşağına süd verməlidir, ya yox? 07.01.11 2.509 dəfə oxundu
4 Qurana əsasən körpə neçə ay əmizdirilir? 24, yoxsa 30? 29.05.11 4.225 dəfə oxundu
5 Ana uşağını 2 ildən artıq əmizdirə bilər? 29.09.12 2.549 dəfə oxundu
6 Quranda körpəni süddən kəsməklə əlaqədar ayə var? 06.02.13 2.793 dəfə oxundu
7 Süd bankı təsis etmək dini cəhətdən düzgündür? 25.02.13 1.668 dəfə oxundu
8 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.491 dəfə oxundu
9 Süd bankı təsis etmək barəsində nəyə əsasən təkid edirsiniz? 17.08.13 1.202 dəfə oxundu
10 Arvadının südünü içən kişi onun süd oğlu olur? 05.12.11 54.790 dəfə oxundu
11 Bir insan öz bacı-qardaşının süd qardaş-bacısı ilə evlənə bilər? 15.03.10 5.014 dəfə oxundu