Müsəlmanlar
Nargilə çəkmək olar?

Nargilə çəkmək olar?

Sual: Nargilə (sulu qəlyan) çəkmək son vaxtlarda bizdə də dəb olub. Kafe və çayxanalarda tez-tez görürük. Buna dində necə baxılır? İnsanın orqanizminə zərərli olduğuna görə onu çəkmək düz deyil?

Cavab: İslam dini bədən, ağıl, mal, cəmiyyət və dinə zərərli olan hər şeyi qadağan edir. Siqaret və sairə kimi tütün məmulatlarından biri olan nargilədə bütün bu xüsusiyyətlər var. Ona görə də onu çəkmək düzgün hesab olunmur.

Mütəxəssislər bildirirlər ki, bir ədəd nargilədə çoxlu zərərli maddə var. Meyvəli və aromatlı olsa da, hətta tüstü sudan keçsə belə, nargilə 5-10 paçka siqaret qədər sağlamlığa zərərlidir. Bununla əlaqədar ətraflı məlumat üçün dünya səhiyyə təşkilatının məlumatlarına da baxa bilərsiniz.

Odur ki, ziyanlarına əsasən nargilənin də siqaretlə eyni hökmdə olduğunu deyə bilərik.

Siqaret çəkməyin dini cəhətdən təhlili ilə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/siqaret-ve-tutun-memulatlari

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.