Götürülən uşaq götürənə məhrəmdir, yoxsa naməhrəm?
Müsəlmanlar > Fitvalar > Qəyyumluq-uşaq götürmək Tarix: 07 Ağustos 2013 Tövsiyə et Çap et
Sual: Övladlığa götürülən uşaqlar böyüyüb ərsəyə gəldikləri vaxt onları övlad götürənlərə naməhrəm olurlar? Tutalım ki, bir kişi bir qız uşağını övladlığa götürüb. Uşaq böyüyüb həddi-büluğa çatıb. O qız həmin kişiyə ərə gedə bilər, ya yox?

Cavab: Bu sualın cavabı Quranda açıq-aydın bir formada verilmişdir:

“Allah bir adamın daxilində iki ürək yaratmamışdır. Allah (anaya bənzədərək) özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmişdir.

(Allah) Sizin övladlığa götürdüklərinizi doğma oğullarınız olaraq qəbul etmədi. Onları atalarının kim olduqlarını bildirərək çağırın. Allah yanında ən doğru olan budur. Onların atalarının kim olduqlarını bilmirsinizsə, onlar sizin din qardaşlarınız və dostlarınızdır.

Bunlar sizin dediyiniz boş (mənasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!

(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab, 33/4-5)

Göründüyü kimi, ayələrin hökmü açıqdır. Ona görə də övladlığa götürülən uşaq onu götürənə yad hesab olunur. Arada evlənməyə dair bir qadağa yoxdur. Qızdırsa, onu götürən kişiyə ərə gedə bilər. Əgər oğlandırsa, onu övladlığa götürən qadınla evlənə bilər.

Bu məsələyə dair ətraflı məlumat almaq üçün aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/404.html

http://www.muselmanlar.com/fitvalar/2236.html

http://www.muselmanlar.com/fitvalar/4960.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.363 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təzə doğulmuş bir körpəni övladlığa götürmək olar? 29.06.09 2.523 dəfə oxundu
2 Övladlığa götürülən uşağa miras düşür? 29.06.10 1.846 dəfə oxundu
3 Övladımız yoxdur. Uşaq götürə bilərik? 04.10.12 1.522 dəfə oxundu
4 Götürülən uşaq götürənə məhrəmdir, yoxsa naməhrəm? 07.08.13 1.363 dəfə oxundu
5 İslama əsasən yetim və kimsəsiz uşaqların baxımı necə olmalıdır? 04.02.15 844 dəfə oxundu