Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır?
Müsəlmanlar > Fitvalar > Zina Tarix: 06 Ağustos 2013 Tövsiyə et Çap et
Sual: Bəzi insanlar belə hesab edirlər ki, zorlanan/cinsi təcavüzə məruz qalan bir qadını onu zorlayan kişiyə ərə vermək lazımdır. Mən bu fikirlə heç cür razılaşa bilmirəm. Xahiş edirəm, bu məsələni dini cəhətdən təhlil edəsiniz.

Cavab: Təcavüz sözünün mənası qadın istəmədiyi halda, yəni, zorla onunla cinsi əlaqədə olmaqdır.

1) Əgər zorlanan qadın onu zorlayan kişiyə ərə verilsə, bu, həmin qadına çox böyük bir zülm olar. Çünki bu halda qadın ömür boyu unuda bilməyəcəyi ən pis insan və nifrət etdiyi kişi ilə ailə qurmalı olur. Bundan söhbət belə gedə bilməz! Çünki bu, cinayətkarı mükafatlandırmaq deməkdir!

2) Heç kəsin heç kimi zorla evləndirməyə ixtiyarı yoxdur. Kiminsə belə bir səlahiyyətindən söhbət gedə bilməz!

Lakin bəzən elə olur ki, qadın öz istəyi ilə cinsi əlaqədə olur. Sonra da peşman olub ona təcavüz edildiyini iddia edir. Bu halda vəziyyət dəyişir: Çünki bu, zorla deyil, iradi olaraq baş verdiyi üçün zina hesab olunur. Burada artıq Quranda mövcud olan başqa bir hökm tətbiq edilir. Belə ki, Nur surəsində deyilir:

“Zina edən bir kişi ancaq zina edən və ya Allaha şərik qoşan (müşrik) bir qadınla evlənə bilər. Zina edən bir qadın da ancaq zina edən və ya Allaha şərik qoşan bir kişi ilə evlənə bilər. Bu cür evlənmək möminlərə haram qılınıb.” (Nur, 24/3)

“Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, rəhm sahibidir.” (Nur 24/5)

Məsələyə bu baxımdan yanaşdıqda zorlanan qadını onu zorlayan kişiyə ərə vermək istəyənlər sanki haqlı çıxırlar. Lakin belə deyil! Çünki zorlama hadisəsində iradə və istək yoxdur. Məhz bunun üçün zorlama hesab olunur. Ona görə də burada zorla evləndirməkdən söhbət gedə bilməz. Əks təqdirdə, hər bir kişi evlənmək istədiyi qadına təcavüz edər, sonra da onunla evlənərdi.

Bu məsələyə dair ətraflı məlumat almaq üçün aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2886.html

http://www.muselmanlar.com/fitvalar/3290.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.597 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.314 dəfə oxundu
2 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.293 dəfə oxundu
3 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.764 dəfə oxundu
4 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 784 dəfə oxundu
5 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 9.294 dəfə oxundu
6 Zorlanan qadına günah yazılır? 26.03.11 5.267 dəfə oxundu
7 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 1.574 dəfə oxundu
8 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 11.614 dəfə oxundu
9 Zina edən kafir olur? 02.05.11 6.540 dəfə oxundu
10 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 3.546 dəfə oxundu
11 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.192 dəfə oxundu
12 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 3.337 dəfə oxundu
13 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 7.814 dəfə oxundu
14 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 6.990 dəfə oxundu
15 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.608 dəfə oxundu
16 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 5.941 dəfə oxundu
17 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.251 dəfə oxundu
18 Flirt də zinadır? 12.04.10 6.202 dəfə oxundu
19 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 6.438 dəfə oxundu
20 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 10.865 dəfə oxundu
21 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 4.291 dəfə oxundu
22 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 3.886 dəfə oxundu
23 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 8.631 dəfə oxundu
24 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 10.040 dəfə oxundu
25 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.775 dəfə oxundu
26 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.146 dəfə oxundu
27 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 6.042 dəfə oxundu
28 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.768 dəfə oxundu
29 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.597 dəfə oxundu
30 Zina kəbini pozur? 30.11.10 10.094 dəfə oxundu
31 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 1.905 dəfə oxundu
32 İslamda zorlamağın cəzası 19.01.11 4.465 dəfə oxundu
33 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 2.144 dəfə oxundu