Spiraldan irəli gələn pre-menstrual qanama və qadının namazı
Müsəlmanlar > Aybaşı > Fitvalar Tarix: 12 Temmuz 2013 Tövsiyə et Çap et
Sual: Spiral ucbatından baş verən və aybaşı vaxtından qabaq yaranan qanamalar qadının namaz qılmağını məhdudlaşdırırmı? Belə bir vəziyyətdə olan qadın heyzli hesab olunur? Namaz qıla bilər, yoxsa yox?

Cavab: Qadınlarda baş verən adət (heyz, aybaşı, menstruasiya) qanaması periodu maksimum 7 gün çəkir. Bu, tibbi olaraq da belədir. Həmin dövrün 7 gündən artıq davam etməsi, yaxud da gözlənilən/ehtimal olunan heyz vaxtındankənar (ara) qanama və ya ləkələnmələrin meydana gəlməyi bir xəstəliyin əlaməti ola bilər. Bu hallarda həkimə müraciət etmək lazımdır. Həkimlər lazımi müayinə və analizlərlə əgər varsa, xəstəliyi təqdiq və müalicə edirlər.

Ləkələnmə və menstruasiya müddətinin uzanması, eləcə də, heyz qanama həcminin çox olması həkimlər tərəfindən uşaqlıq yoluna yerləşdirilən spiralın kontrendikasiya və yan təsirlərindən hesab olunur.

Alimlər bu məsələni dini cəhətdən belə təhlil edirlər:

“7 günün xaricində ləkələnmə və gözlənilmədən baş verən ara qanama heyz halı deyil. Bu vəziyyət namaz qılmağı məhdudlaşdırmır; qadının namaz qılmağına dini cəhətdən bir maneçiliyi yoxdur. Ər-arvad arasında baş verən cinsi əlaqə üçün də maneə təşkil etmir.”

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa sual və cavablara da baxın:

http://www.muselmanlar.com/fitvalar/3090.html

http://www.muselmanlar.com/fitvalar/2874.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.109 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Aybaşı vaxtı cinsi əlaqə 21.01.10 80.661 dəfə oxundu
2 Cinsi əlaqədən sonra aybaşı olan qadın qüsl etməlidir? 21.01.10 13.585 dəfə oxundu
3 Spiraldan irəli gələn pre-menstrual qanama və qadının namazı 12.07.13 3.109 dəfə oxundu
4 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 9.699 dəfə oxundu
5 İftara 10 dəqiqə qalmış aybaşı olan qadının orucu batil olur? 29.07.13 10.732 dəfə oxundu
6 Aybaşı halında olan qadın məscidə girə bilər? 16.02.10 2.834 dəfə oxundu
7 Oruclu vəziyyətdə aybaşı olan qadının orucu pozulur? 02.08.13 19.822 dəfə oxundu
8 Heyzli qadın Kəbəni təvaf edə bilər? 13.02.10 1.911 dəfə oxundu
9 Toy gecəsi aybaşı 14.06.10 78.678 dəfə oxundu
10 Bir qadının aybaşısı nə vaxt başa çatmış hesab olunur? 18.01.11 4.986 dəfə oxundu
11 Kişilər qadınlara qüsl və aybaşı kimi məsələlərə dair məlumat verə bilərlər? 18.01.11 2.087 dəfə oxundu
12 Zahılıq halı 40 gündən çox çəksə, nə olar? 18.01.11 3.904 dəfə oxundu
13 Qadınlardan gələn ağ rəngli axıntı dəstəmazı pozur? 17.04.10 10.926 dəfə oxundu
14 Qadın aybaşı halında olduğu vaxt kəbin kəsdirmək olar? 02.02.11 3.581 dəfə oxundu
15 Aybaşı qurtarandan sonra ləkələr namaz qılmağa mane olur? 18.02.11 45.978 dəfə oxundu
16 Aybaşı ərəfəsində yaranan ləkələr namaza mane olur? 18.02.11 2.987 dəfə oxundu
17 Heyzli qadının ibadəti 24.02.10 33.647 dəfə oxundu
18 Mömin murdar olmursa, heyzli qadın niyə təmiz hesab edilmir? 06.07.11 2.066 dəfə oxundu
19 Bir qadın bir həftəlik fasilə ilə iki dəfə aybaşı ola bilər? 21.01.10 2.950 dəfə oxundu
20 Aybaşı 7-ci gündə başa çatmasa, cinsi əlaqədə olmaq olar? 16.05.12 13.319 dəfə oxundu
21 Aybaşı vaxtı xına qoymaq 21.01.10 6.451 dəfə oxundu
22 Etikafa çəkilən qadın aybaşı olsa, etikaf batil olur? 30.08.12 3.193 dəfə oxundu
23 Heyzli qadının dırnaq tutmağı və özünü təmizləməsi düzdür? 22.11.12 1.984 dəfə oxundu