Müsəlmanlar

Arıqlamaq məqsədilə oruc tutmaq düzdür?

Sual: Mənim iş yerindən bir rəfiqəm var. O, boyuna görə xeyli kökdür. Arıqlamaq istəyir. Bu məqsədlə də oruc tutur. Deyir ki, bu il Ramazan ayı mənim üçün böyük bir fürsətdir, gərək ac qalam və arıqlayam. Sizcə belə etmək nə dərəcədə düzgündür? Xahiş edirəm, bu məsələni dini cəhətdən qiymətləndirin.

Cavab: Oruc tutmaq Allah tərəfindən əmr edilmiş bir ibadətdir. Odur ki, orucu ancaq və ancaq ibadət məqsəd və niyyəti ilə tutmaq lazımdır. Arıqlamaq niyyəti ilə oruc tutmaq düzgün deyil.

Bu, namazı idman məqsədilə qılmağa, eləcə də, Həccə nüfuz sahibi olmaq üçün getməyə və ya nümayiş və reklam üçün kimə isə sədəqə verməyə oxşayır.

Bir sözlə, orucda da, namazda da, zəkat və Həcc ibadətlərində də niyyət xalis ibadət niyyəti olmalıdır. Çünki həzrəti Muhəmmədin (s. a. v.) də buyurduğu kimi, əməllər niyyətlərə görədir.

Rəfiqənizə oruc ibadəti, Ramazan ayı və onun fəzilətləri barədə ətraflı məlumat üçün aşağıdakı keçidləri tövsiyə edin:

http://www.muselmanlar.com/fitvalar/oruc

http://www.muselmanlar.com/tedqiqatlar/874.html

http://www.muselmanlar.com/tedqiqatlar/871.html

http://www.muselmanlar.com/tedqiqatlar/883.html

http://www.muselmanlar.com/tedqiqatlar/849.html

http://www.muselmanlar.com/tedqiqatlar/885.html

http://www.muselmanlar.com/fitvalar/2342.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.