Cümədən sonra “zöhri-axir” namazı qılmaq olar, yoxsa yox?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 04 Temmuz 2013 Tövsiyə et Çap et
Sual: Cümədən sonra “zöhr axır” namazı qılmaq olar, yoxsa yox? Bu mövzuya aydınlıq gətirərsizmi?

Cavab: Cümə namasından sonra zöhrü axır namazının qılınıb-qılınmayacağı ilə əlaqədar olaraq Dini İşlər Ali Təşkilatında bir müzakirə mətni dərc edilmişdir. Bizim də razılaşdığımız görüş aşağıdakı kimidir:

ZÖHR AXIR (axır günorta) NAMAZI

“Axır günorta namazı” mənasına gələn zöhr axır namazı bir çox İslam alimləri tərəfindən, Cümə namazının səhih olmama ehtimalına dayanaraq, ehtiyata uyğun olaraq qılınmasını irəli sürdükləri zöhr axır o günün günorta namazıdır.

Səhihlik şərtlərindəki ixtilaf səbəbilə Cümə namazının etibarlı olmaması ehtimalını nəzərə alaraq zöhr axır namazının qılınmasının doğru olduğunu irəli sürənlər olduğu kimi, buna qarşı çıxanlar da olmuşdur.

A) Zöhri axir namazının qılınmasının doğru olduğunu irəli sürənlərin dəlilləri

Zöhr axır namazının doğru olduğunu irəli sürənlərin dayandığı səbəb, eyni ərazidə yerləşmiş bir çox məsciddə qılınan Cümə namazının səhih olmayacağı ehtimalıdır. Bunlara görə bir məcburiyyət olmadıqca, məskunlaşmış bir ərazinin ancaq bir məscidində Cümə namazı qılınır. Ehtiyac olmadığı halda, birdən çox yerdə qılınan namazların içində ancaq ən birinci namaza başlayanların Cümə namazı qəbul edilir, digərlərində isə qəbul edilməz. Bu halda digərləri günorta namazını qılmalıdırlar. Cümə namazının hansının daha əvvəl qılındığı məlum olmadığı zaman, problemin həlli üçün günorta namazını qılmaları bir ehtiyat tədbir olaraq irəli sürülmüşdür. Bu görüşlərini də, Cümə namazının bir araya gəlmək və xütbə vermək məqsədi daşıdığı fikrinə əsaslanaraq, Peyğəmbər (s.a.s.) və xüləfa raşidin zamanında tək bir yerdə Cümə qılındığına dayandırmışlar.1

B) Zöhr axır namazının qılınmasının doğru olmadığını irəli sürənlərin dəlilləri

Zöhr axır namazının qılınmasına qarşı çıxanlar, şüphəylə edilən ibadətin etibarlı olmayacağı fikrinə dayanaraq, bu cür namazın qılınmasının doğru olmayacağı qənaətinə gəlmişlər. Bunlara görə şüphəylə yerinə gətirilən ibadət qəbul deyildir. Bu etibarla, “bəlkə Cümə namazı səhih olmamışdır” deyə zöhr axır qılmaq doğru olmaz. Əlavə olaraq zöhrü axır qılınması şərtini irəli sürmək, xalqın nəzərində Cümə namazının fərz olmayıb, günorta namazının fərz olduğu ya da bir vaxtda ikisinin də fərz olduğu fikri oyanır. İbn Nüceym, Alauddin Haskefi, Cəmaləddin əl-Qasımi, Məhmət Zehni Əfəndi kimi mütəfəkkirlər bu fikirdədirlər.2

Bəzi alimlər isə, Peyğəmbər (s.a.s.), səhabə və tabiin dövründə belə bir namaz olmadığı fikrindən irəli çıxaraq, zöhr axır qılmağı bidat qəbul etmişlər.3

C) Dəlillərin dəyərləndirilməsi zöhr axırla əlaqəli olaraq tərəfdarların irəli sürdükləri görüşlərin dəlilləri göz önünə alındığında, bu namazı qılmanın doğru olmadığı başa düşülür. Belə ki, Peyğəmbər (s.a.s.) dövründə Cümə namazının ancaq bir yerdə qılınması, məskunlaşmış bir ərazidə birdən çox yerdə Cümə namazı qılınmayacağı mənasına gəlməz. Çünki o dövrdə belə bir şeyə ehtiyac yox idi. Eyni zamanda təzə enən ayələri Peyğəmbərin ağzından eşitmə arzusu içində olan səhabənin başqa bir yerdə Cümə namazı qılmalarını düşünmək mümkün deyildir.

Bir yerdə məskunlaşmış ərazidə Cümə namazı qılınmaması səbəbilə Cümənin səhih olmayacağını deyən müctəhidlərin hamısı, ehtiyac halında birdən çox yerdə Cümənin qılına biləcəyini qəbul etmişlər. Necə ki, İmam Şafii Bağdada gedəndə birdən çox yerdə Cümə namazı qılındığını gördüyü halda, buna qarşı gəlməmişdir.4 Müasir dövrümüzdə isə ümumiyyətlə bir ərazidə məskunlaşmış yaşayış yerlərində bir tək məsciddə Cümə namazı qılınması mümkün olmadığı üçün, bir çox yerdə Cümə namazı qılınması qaçınılmaz olmuşdur.

İbadətlərdə də əsl məqsəd qəbul olunmadır. Peyğəmbər (s.a.s.) Uca Allahın, “Mən qulumun mənim haqqımdakı zənninə görə qarşılıq verərəm.” dediyi rəvayət edilməkdədir (Müslim, Zikr, 1; Tirmizi, Zühd, 51). Başqa bir hədisində də, “Əməllər niyyətlərə görədir.” buyurmuşdur (Buxari Bədul- Vəhy, 1). Bu münasibətlə Cümə namazının qəbul olunacağına inanaraq qılınması və bunda şüphəyə düşməmək lazımdır.

Digər tərəfdən zöhr axır namazının ehtiyat səbəbilə qılındığını irəli sürmək, sağlam bir əsasa dayanmamaqdadır. Çünki ehtiyat, iki dəlildən qüvvətli olan birini seçməkdir. Halbuki Cümə namazının fərz olduğunu ifadə edən ayə və hədislərə qarşı olaraq, birdən çox yerdə qılınmamasına dair heç bir dəlil yoxdur. Bir yerdə qılınması şərtini irəli sürənlərin, ehtiyac olduğu halda qılına biləcəyini ifadə etmələri də bunu göstərməkdədir. Qaldı ki Quranı Kərimdə, “Allah bir insanı ancaq gücünün yetdiyi şeylə məsuliyyətli tutar” (Bəqərə 2/286); “Allah dində üzərinizə heç bir çətinlik yükləmədi” (Həcc 22/78) bildirilməkdədir.

Nəticə:

(…)

Bir yerdə məskunlaşmış ərazinin bir çox yerində Cümə namazı qılına biləcəyinə, bu səbəblə zöhr axır namazının qılıınmasına ehtiyac olmadığına (…) qərar verildi. (Mənbə: 26.03.2002 tarixli Din İşləri Ali Təşkilatının Qərarı, Diyanət gov tr.)

http://www.muselmanlar.com/fitvalar/535.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

  1. Şirbini, Muğnil-Möhtac, I/544; Nəvəvi, əl-Məcmu, IV/451-452; Sahnun, el-Müdəvvənə, I/277-278; İbn Kudamə, əl-Muğni, III/212; Huraşi, Şərhu Muxtasarı Xəlil, II/74-75. []
  2. İbn Nüceym, əl-Bəhrur-Raik, II/154-155; İbn Abidin, Rəddül-Muhtar, I/536; Cəmaləddin əl-Qasımi, İslahul-Məsacid, s.50; Məhmət Zehni Əfəndi, Niməti İslam, 439-440. []
  3. Əzim Abadi, Avnül-Məbud, III/397,406; Rəşid Rıza, Fətava, I/199-200,301-305; III/941; IV/1551, 1591; VI/2521 . []
  4. Nəvəvi, Məcmu, IV/452; Şirbini, Muğnil-Möhtac, I/544. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.355 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 1.727 dəfə oxundu
2 Cümə namazı üçün minimum neçə nəfər olmalıdır? 31.12.12 1.772 dəfə oxundu
3 Məktəblərdəki məscidlərdə Cümə namazı qılmaq olar? 28.11.14 886 dəfə oxundu
4 Cümə namazı nə vaxt vacib olunub? 07.02.13 2.663 dəfə oxundu
5 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 3.090 dəfə oxundu
6 Cümədən sonra “zöhri-axir” namazı qılmaq olar, yoxsa yox? 04.07.13 1.355 dəfə oxundu
7 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 1.720 dəfə oxundu
8 Ədliyyə binasinda Cümə namazı qılmaq olar? 21.01.14 1.023 dəfə oxundu
9 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 1.831 dəfə oxundu
10 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 3.366 dəfə oxundu
11 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 1.622 dəfə oxundu
12 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 1.370 dəfə oxundu
13 Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür? 07.01.15 951 dəfə oxundu
14 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 1.740 dəfə oxundu
15 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 1.850 dəfə oxundu
16 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 699 dəfə oxundu
17 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 2.370 dəfə oxundu
18 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 8.561 dəfə oxundu
19 İndiki xütbələrlə Cümə namazı səhih və mötəbər ola bilər? 05.08.14 922 dəfə oxundu
20 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 1.567 dəfə oxundu
21 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 1.623 dəfə oxundu
22 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 1.400 dəfə oxundu
23 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 1.693 dəfə oxundu
24 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.144 dəfə oxundu
25 Qadınlar və Cümə namazı 26.03.10 6.941 dəfə oxundu
26 Dəlillərlə Cümə namazı 12.02.10 6.324 dəfə oxundu
27 Cümə namazı qadınlara fərzdir? 26.03.10 1.946 dəfə oxundu
28 Qadınlar Cümə günü zöhr namazını nə vaxt qıla bilərlər? 20.04.12 1.836 dəfə oxundu
29 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 1.607 dəfə oxundu
30 Peyğəmbər Cümə xütbəsini namazdan sonra oxuyurdu? 12.10.12 1.257 dəfə oxundu
31 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 1.887 dəfə oxundu
32 Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər? 13.10.12 1.390 dəfə oxundu
33 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.732 dəfə oxundu
34 Ticarətlə məşğul olan saytlar Cümə vaxtı bağlanmalıdır? 25.12.12 1.471 dəfə oxundu