- Müselmanlar - http://www.muselmanlar.com -

İştirak bankları cüzi faizlə dəstək krediti verə bilərmi?

Cavab: Fitvanı kimdən və yaxud hansı qurumdan aldıqlarının bizim üçün bir əhəmiyyəti yoxdur. Çünki buradakı əsas sual: “Belə bir şey dini cəhətdən nə dərəcədə düzgündür?” , -sualıdır.

Qeyd edim ki, “kredit” sözü Avropa dillərinə bizim dini ədəbiyyatda işlətdiyimiz “qərz” (bu söz Quranda da var) sözündən keçib. Sonra təhrifə məruz qalıb və bizə təzədən “kredit” kimi gəlib.

Kredit iqtisad elmində faizli borc adlandırılır. Sualınızda qeyd etdiyiniz 0,75 % nisbətindəki kredit də faizlidir və haramdır. Bunun hansı ad ilə və hansı qurumlara verilməyinin mətləbə dəxli yoxdur. Faizin yüksək və ya az miqdarda olmağının da məsələyə dəxli yoxdur. Nəticə eynidir: Haram.

Bu banklar üçün fitva verənlərə gəldikdə, əgər onlar bunu bilə-bilə edirlərsə, Allah qarşısında mütləq cavab verməli olacaqlar. Ki, belə bir hökmü bilmədən vermək də mümkün deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1 [1]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR [2] © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [ [3]]