Müsəlmanlar
Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub?

Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub?

Sual: Quranda diriləndən sonra baş verəsi hadisələrdən danışılır. Bəzi insanları danışıqları qeyd edilir. Allah bunları bilir. Elə isə Allah insanların nə deyəcəklərini qabaqcadan planlayıb? Bunun qəza-qədərlə nə kimi bir əlaqəsi var?

Cavab: Təbii ki, axirət həyatında soruşulası suallar və insanların həmin suallara verəcəkləri cavablar məlumdur. Yəni, bu, eynilə imtahandakı suallar kimidir; soruşulan bir sualın cavabı məlumdur. Cavabı olmayanların nə edəcəkləri də qabaqcadan məlumdur. Bu məsələdə bu cəhətdən bir problem yoxdur.

Həmin imtahan mövcibincə olan deyil. Misal üçün, əgər diqqət yetirsəniz, görərsiniz ki, Allah Quranda bizə İsa əleyhissəlamın axirətdə nə deyəcəyini bildirib. Çünki İsa peyğəmbər vəfat etmişdir. Bu dünyaya təzədən gəlməyi mümkün deyil. Allah onu bizə nümunə olaraq bildirir. Nə cür cavab verəcəyini bildirir. Çünki siz nə cür sual soruşsanız, cavabı da ona əsasən alırsınız. 2×2-nin cavabını soruşsanız, bunu hamı bilər. Bu da onun kimidir. Odur ki, həmin səhnələr imtahan səhnələri deyil. İmtahanların nəticələridir; nəticələrin qiymətləndirildiyi səhnələrdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/5353.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.