Müsəlmanlar

Qızılın kişilərə qadağan olunmağını Qurana əsasən izah edə bilərsiniz?

Sual: Əraf surəsinin 32-ci ayəsi ilə Təhrim surəsinin ilk ayələrini oxuduğumuz vaxt qızılın kişilərə haram olmadığını deyə bilərik? Yəni, bu ayələrdən belə bir nəticə çıxırmı?

Cavab: Onu o cür də anlamaq mümkündür. Digər tərəfdən isə onun qadınlara məxsus olduğunu anlamaq olar. Çünki Quranda qadınların zinət içində böyüdüldüyünə dair ayə də var. Əgər kişi qadın kimi bər-bəzəyin içində böyüsə, qadından fərqi nə olacaq?

Gəlin, bu məsələ ilə əlaqədar bir Quran ayəsinə birlikdə nəzər salaq:

“Onlar bər-bəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif, mübahisə vaxtı ağırlığını ortaya qoya bilməyən) qızlarını Allaha övlad isnad edirlər?”  (Zuxruf, 43/18)

Bu, qadınlara xas bir xüsusiyyətdir. Əslində bundan əvvəlki ayə də bunun belə olduğunu göstərir:

“Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.” (Zuxruf, 43/17)

Qısa desək, Allah qadınların bər-bəzək içində böyüldüyünü qeyd edir. Belə çıxır ki, qadınlar kişilərdən fərqli olaraq bəzənirlər.

Nəticə olaraq, Quranı təkcə bir ayə ilə deyil, bütövlük çərçivəsində anlamaq lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/4688.html

http://www.muselmanlar.com/fitvalar/3130.html

http://www.muselmanlar.com/tedqiqatlar/5355.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.