Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Qəza-qədər Tarix: 11 Haziran 2013 Tövsiyə et Çap et
Sual: Siz bir dəfə qeyd etdiniz ki, Allah bizim üçün ilahi imtahan vasitəsi olan şeyləri qabaqcadan müəyyənləşdirə bilər. Misal üçün, Bədr döyüşündəki imtahanı 3 və ya 9 il əvvəldən xəbər verməsi kimi. Allah bizi hər şeylə imtahan edəcəyini bildirir: Varlı olmaq, kasıb olmaq, övlad və həyat yoldaşlarımızla... Belə olan halda bizim üçün imtahan vasitəsi olan həyat yoldaşlarımız qabaqcadan müəyyən edilir?

Cavab: Hər şeydən əvvəl qeyd edim ki, bu sualla əslində Allahın elmi məsələsi də soruşulur. Bu suala belə cavab verim: Hal-hazırda mənim bu dərsdə yanımda oturan müəllimi misal götürək. Tutalım ki, onun kiminlə evlənəcəyini Allah qabaqcadan müəyyən edib. Yəni, tutalım ki, onun özünün bir seçimi olmadan həyat yoldaşı əvvəlcədən təyin olunub. Belə olan halda Allahın ona Quranda: “Filan filan qadınlarla evlənə bilməzsən!”, – deyə, qadağa qoymağının bir mənası ola bilərmi?

Dərslərdə həmişə deyirəm, təəssüflər olsun ki, dini ənənədə, xüsusilə də klassik fiqh kitablarında Qurana zidd hökmlər qeyd edilib. Amma mən hər zaman çalışıram ki, sizin suallarınıza Qurana əsasən cavab verim.

Allah İbrahim surəsinin 4-cü ayəsində deyir ki, Mən hər bir rəsulu öz qövmünün dili ilə göndərdim ki, ayələrimi onlara açıq-aydın formada izah etsin. Burada belə bir sual yaranır: Əgər insanların nə edəcəkləri əvvəlcədən müəyyən olunubsa, onlara elçi göndərməyin nə mənası var? Belə bir ziddiyyət ola bilərmi?

Nəticə olaraq, qəza-qədər məsələsini Qurana əsasən dərk etmədikdən sonra həyatın da bir mənası qalmır. Quran və peyğəmbərlərin gəlişinin də bir mənası qalmaz. Odur ki, həyat yoldaşlarımız bizim üçün bir imtahan vasitəsi olduqlarına görə əvəlcədən müəyyənləşdirilməyiblər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/707.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
5.173 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qədər yönündən, Bəqərə surəsinin 255-ci ayəsini necə başa düşməliyik? 06.06.15 933 dəfə oxundu
2 Bizim seçmədiyimiz şeylər qədərimiz deyilmi? 08.06.15 915 dəfə oxundu
3 Allahın yazdığından başqası başımıza gəlirmi? 11.04.14 1.634 dəfə oxundu
4 Xərçəngə tutulmaq taledir, yoxsa düzgün qidalanmamaq? 02.07.14 2.591 dəfə oxundu
5 Evlilər arasındakı problem qismətdənmi, yoxsa səhv seçimdən? 21.11.15 1.165 dəfə oxundu
6 Quran meydana gələn hər şeyin yazıldığı bir kitabdır? 30.10.14 928 dəfə oxundu
7 İnsanın başına gələnlər Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir? 22.12.14 1.395 dəfə oxundu
8 “Nə edək, ən münasibi belə imiş!” demək qədər inancına müvafiqdir? 07.04.13 1.750 dəfə oxundu
9 Qəza-qədər məsələsi 24.02.13 3.894 dəfə oxundu
10 Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir? 11.06.13 5.173 dəfə oxundu
11 Xızırın balaca bir uşağı öldürməyini nə cür başa düşmək lazımdır? 22.06.13 1.445 dəfə oxundu
12 Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub? 29.06.13 1.869 dəfə oxundu
13 Xəstəliklər günahların kəffarəsidir? 28.01.14 1.990 dəfə oxundu
14 Hər şeyi yaradan Allah olduğuna görə şərri də Allah yaratmış olur? 14.01.15 940 dəfə oxundu
15 İnsanlar ancaq Allahın icazəsi ilə imana gəlir? 02.02.15 1.165 dəfə oxundu