Cümə namazından sonra başqa namaz qılmaq lazımdır?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 06 iyul 2009 Tövsiyə et Çap et
Sual: Cümə namazının fərzini (vacib) qıldıqdan sonra daha nə qədər namaz qılmalıyıq? Peyğəmbərimiz bunu necə edirdi?

Cavab: Allah Təala belə buyurur:

“Namaz qurtaran kimi yer üzünə dağılın və Allahın lütfündən ruzi istəyin”. (Cümə, 62/10)

Əbu Musa Əl-Əşarinin oğlu Əbu Bürdə rəvayət edir ki, Ömərin oğlu Abdulla məndən belə bir sual soruşdu:

“Sənin atan heç peyğəmbərdən (s. a. v.) cümə namazının vaxtı ilə əlaqədar bir şey rəvayət edib?”.

Mən də cavabında:

“Peyğəmbər cümə namazı vaxtının pişnamazın (minbərdə) oturduğu vaxtdan namazın qurtarmasına qədər olan vaxt olduğunu buyurub” – dedim.

İki rükətlik cümə namazı qılınandan sonra dərhal dağılışmaq lazımdır. Yuxarıdakı ayə məhz bunu əmr edir.

Abdulla ibn Ömər belə dedi:

“Peyğəmbər əleyhissəlam cümə namazından sonra məsciddən çıxana qədər namaz qılmırdı, çıxıb gedəndən sonra öz evində iki rükət qılırdı”.

Abdulla ibn Ömər bir cümə günü elə olduğu yerdə iki rükət namaz qılan bir adam gördü və onu dümsükləyib dedi:

“Cümə namazını dörd rükət qılmaq istəyirsən?”.

Abdulla özü evində iki rükət namaz qılıb belə deyərdi:

“Rəsulullah (s. a. v.) belə qılardı”.

Əta Abdulla ibn Ömər haqqında aşağıdakıları demişdir:

“O, cümə namazını Məkkədə qılanda irəli keçib iki rükət, sonra lap qabağa gedib dörd rükət namaz qılırdı. Mədinədə olanda isə cümə namazının fərzini qılıb evinə gedirdi. Evində də iki rükət namaz qılırdı. Məsciddə qalmırdı və beləliklə, peyğəmbərin də belə etdiyini deyirdi”.
Nafinin də belə dediyinə dair bir rəvayət vardır:

”Ömər cümə namazından əvvəl namazı uzadır, sonra isə öz evində iki rükət qılır və deyirdi”:

“Rəsulullah (s. a. v.) da belə edərdi”.

Əbu Hüreyrəyə gəlincə o, peyğəmbərin (s. a. v.) belə buyurduğunu bildirib:

“Bir şəxs cümə namazından sonra dörd rükət namaz qılsın.
Cümə namazından sonra namaz qılacaqsınızsa, dörd rükət qılın”.

Əs-Saib belə demişdir:

“Bir gün Müaviyə ilə birlikdə məqsurədə cümə namazı qılırdıq, pişnamaz salam verib namazı başa vurdu. Mən ayağa qalxıb elə olduğum yerdə namaz qılmağa davam etdim. Müaviyə bir nəfəri mənim yanıma göndərdi və belə dedi”:

“Bir də belə iş görmə! Cümə namazından sonra məsciddən bayıra çıxmamış, yaxud da bir az danışmamış başqa namaz qılma. Çünki peyğəmbər (s. a. v.) bizə belə əmr etmişdi.

Danışmadıqca, yaxud da məsciddən çıxmadıqca namazların bir-birinə əlavə olunmamasını tələb etmişdi”.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 330 dəfə oxundu
2 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 249 dəfə oxundu
3 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 690 dəfə oxundu
4 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 256 dəfə oxundu
5 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 382 dəfə oxundu
6 Qadınlar və Cümə namazı 26.03.10 1.066 dəfə oxundu
7 Cümə namazı qadınlara fərzdir? 26.03.10 358 dəfə oxundu
8 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 312 dəfə oxundu
9 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 343 dəfə oxundu
10 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 324 dəfə oxundu
11 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 325 dəfə oxundu
12 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 257 dəfə oxundu
13 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 301 dəfə oxundu
14 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 167 dəfə oxundu
15 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 178 dəfə oxundu
16 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 197 dəfə oxundu
17 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 208 dəfə oxundu
18 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 99 dəfə oxundu
19 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 98 dəfə oxundu
20 Dəlillərlə Cümə namazı 12.02.10 331 dəfə oxundu