Müselmanlar
Hansı hallarda maşında namaz qılmaq olar?

Hansı hallarda maşında namaz qılmaq olar?

Sual: Mən namazlarımı sizin vəqfiniz tərəfindən hazırlanan namaz vaxtlarına əsasən qılıram. Axşam işdən çıxdıqdan sonra xüftən namazını yolda – avtobusda qılıram. Namaza dair hərəkətləri ürəyimdən keçirir və xəyalən canlandırıram. Duaları isə mzıltı-zümzümə ilə deyirəm. Bir sözlə, namazımı bu cür qılıram. Çünki namazın qəzaya qalmağını istəmirəm; qəza namazına inanmıram. Mənim bu hərəkətim dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Sizə tövsiyəm budur ki, namazı avtobusda qılmağın əvəzinə, olduğunuz yerdə axşam (şam) və xüftən (gecə) namazlarını birləşdirin. Namazı maşında başqa heç bir yol və əlac qalmağı vaxt qılmaq olar. Əgər imkan varsa, avtobusda namaz qılmağın mənası qalmır.

Çünki necə olsa da, iş vaxtı qurtarmışdır və siz dərhal evə getməyə məcbur deyilsiniz. Odur ki, namazı evə getməzdən əvvəl məscidlərin birində və ya hansısa münasib bir yerdə qıla bilərsiniz.

Məcburi-zəruri hallarda görülə bilən (məqbul hesab olunan) bir işi məcbur olmadan görmək düzgün deyil.

Nəticə olaraq, insan namazı ancaq başqa heç bir yol qalmadığı vaxt minik (nəqliyyat vasitələri, at, dəvə, eşşək, qatır və sairə) üstündə qıla bilər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin