Müsəlmanlar
Borcu qaytardıqda hədiyyə vermək faiz hesab olunur?

Borcu qaytardıqda hədiyyə vermək faiz hesab olunur?

Sual: Borclu olan bir nəfər borcunu qayataranda borc yiyəsinə bir hədiyyə versə, faiz olar? Misal üçün, xəlifə Ömər əshabələrdən birinə 10 səbət xurma borc verib. O da bunu qaytardıqda 11 səbət qaytarmaq istəyib. Xəlifə isə bunu qəbul etməyib. əshabə isə: “Mən bunu sidq-ürəkdən verirəm”, - deyib. Bu məsələdə faizdən söhbət gedə bilər? Xahiş edirəm, aydınlıq gətirəsiniz.

Cavab: Əgər bir borc məsələsində belə bir şey əvvəlcədən şərt qoyulmayıbsa və borcunu qaytaran insan təşəkkür əlaməti olaraq bir hədiyyə də verirsə, bunda bir problem yoxdur. Yəni, faiz deyil. Bu, Muhəmməd peyğəmbər (s. a. v.) tərəfindən təşviq edilən bir əməldir.

Deyim ki, bunun bir yerdə adət-ənənə halına gətirilməsi də xoşagələn bir şey deyil. Çünki belə olduqda insanlar borc məsələlərində belə bir şeyi tərəf-müqabildən umurlar. Bu da – belə bir şeyi umub gözləmək nəticədə faizə gətirib çıxardır.

Qabaqcadan belə bir hədiyyəni şərt qoymaq isə açıq-aşkar faizdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.