Müsəlmanlar
Mələklər də insanlar kimi döyüşüblər?

Mələklər də insanlar kimi döyüşüblər?

Sual: Təfsirlərin birində Ənfal sürəsi 9-cu ayədə keçən Allahın göndərdiyi min mələyin özlərinin bilavasitə döyüşdə iştirak etmədiyini oxudum. O ayənin izahında mələk köməyinin feli olaraq deyil, mənəvi mənada möminləri ürəkləndirmək yönündə olduğu ifadə edilir. Müəllim siz bu mövzuda nə deyirsiz? Mələklər də gəlib insanlar kimi döyüşmüşlərmi, yoxsa bu məcazi bir mənadadır?

Cavab: Mövzu ilə əlaqəli Allah Təala belə buyurmuşdur:

“Əslində siz Bədirdə pis bir vəziyyətdə ikən Allah sizə kömək etmişdi. Allahdan çəkinin ki şükr edə biləsiniz.

O gün sən möminlərə belə deyirdin: Rəbbinizin endirdiyi üç min mələklə kömək etməsi sizə kifayət deyilmi?

Bəli kifayətdir. Əgər səbr edər və çəkinsəniz, onlar da o anda üstünüzə gəlsələr Rəbbiniz sizə işarətli beş min mələklə kömək edər.

Allah bunu sizə sırf bir müjdə olsun və beləliklə qəlbiniz sakitləşsin deyə etmişdir. Qələbə ancaq güclü və Hakim olan Allah qatından olur.” (Əli-İmran 3/123-126)

“O gün Rəbbin mələklərə bunu vəhy edirdi: “Mən sizinləyəm, inananları dəstəkləyin; Mən inkar edənlərin qəlblərinə qorxu salacağam. Vurun boyunlarına, vurun onların bütün barmaqlarına!” (Ənfal 8/12)

Bu mövzuda rəvayətlər də belədir:

Bədir döyüşünə qatılanlardan Əbu Davud əl-Məzini deyir ki, Bədirdə müşrik kişilərdən birini vurmaq üçün dalına düşmüşdüm. Daha qılıncım boynuna enmədən başı yerə düşdü. Başa düşdüm ki, onu bir başqası öldürdü. ((Əbu Cəfər Muhəmməd  b. Cərir ət-Təbəri, Təfsirut- Təbəri, Beyrut 1412/1992, c: 3, s. 423-424.))

Bədir döyüşündə Əbu Cəhil, Abdullah ibn Məsuda belə demişdi: “Mənə öldürücü zərbəni sənmi vurdun yəni? Mənə bu zərbəni vuran bütün səylərimə baxmayaraq, mizrağımın ucu atının dırnağına yetişməyən biridir.” ((Əbu Abdullah Muhəmməd b. Əhməd əl-Ənsari el-Qurtubi, əl-Cami li Əhkamil-Quran, Beyrut 1408/1988, c. III, s.125.))

Kurtubi yuxarıdakı ayəylə əlaqəli olaraq bunu deyir: Düşmən qarşısında dirənən və Allah rizasını gözləyən hər ordunun yanına mələklər göndərilir və onlarla birlikdə döyüşürlər. ((Kurtubi, eyni əsər, c. III, s. 125.))

Möminlərin könlünə güc verildiyi dəqiq olduğu kimi, mələklərin kafirlərin boyunlarına və barmaqlarının uclarına vurduqları da dəqiqdir. Təfsirlərdə keçən rəvayətlər də bunu dəstəkləməkdədir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.