Müsəlmanlar
Allahın gözüylə görmək nə deməkdir?

Allahın gözüylə görmək nə deməkdir?

Sual: Təriqət çevrələrində “ O abid və zahid qulumu sevdiyim vaxt onun görən gözü, eşidən qulağı, danışan dili, tutan əli, gəzən ayağı oluram; mənimlə görür, mənimlə eşidir, mənimlə danışır, mənimlə tutar, mənimlə gəzər” deyə hədisi qüdsi rəvayət edilir, şeyxlərin hər elədiyi şeyin Allahın təsdiqindən keçdiyini deyirlər. Bu hədis Buxaridə keçir. Bunu necə başa düşmək lazımdır?

Cavab: Bu, fərasətdir. Fərasət, “hərtərəfli baxaraq bir görüş, təxmin və mühakiməylə doğrunu tapmaq deməkdir. ((Tərcümə edən Asim, Qamus tərcüməsi. Kəlimə ərəbcə firasət deyə səsləndirilir.)) Muhəmməd (s.a.v.) “Möminin fərasətindən çəkinin, çünki o Allahın nuruyla görür.”  ((Tirmizi, Hicr surəsinin təfsiri, 6-cı ayə.)) buyurmuşdur.

Hədisi bu ayələrlə bərabər düşünəndə mövzunu yaxşı başa düşmək olur.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إَن تَتَّقُواْ اللّهَ يَجْعَل لَّكُمْ فُرْقَاناً وَيُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

“Ey inananlar, əgər Allahdan çəkinsəniz O sizə doğrunu əyridən ayıra biləcək bir güc verir, günahlarınızı örtər və sizi bağışlayar.” (Ənfal 8/29)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِ وَيَجْعَل لَّكُمْ نُوراً تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

“Ey inananlar, Allahdan çəkinin və elçisinə inanın ki, sizə rəhmətindən iki pay versin, sizə işığında gedəcəyiniz bir nur yaratsın və sizi bağışlasın.” (Hədid 57/28)

Bəhs etdiyiniz hədisi qüdsi belədir:

Allah Təala buyurdu ki: “Qulumun, fərz qıldığım şeylərlə mənə yaxınlaşmasından yaxşısı yoxdur. Qulum mənə nafilələrlə də yaxınlaşmağa davam edər. Elə olur ki, artıq onu sevərəm. Onu sevdimsə eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli və gəzdiyi ayağı olaram. Məndən istədiyini mütləq verərəm. Mənə sığındığı vaxt onu şüphəsiz qoruyaram.” (Buxari, Riqaq, 38)

Bu hədisi qüdsi yuxarıdakı ayələrin bir izahıdır. Hər mömin bu səviyyəyə çata bilər. Bu səviyyəyə çatanın fərasəti artar. Ancaq heç kimsə Allaha elçisindən daha çox yaxınlaşa bilməz. Quranda elçilərin qeybi bilə bilməyəcəyini açıq ifadə edilmişdir. Onlarda elmi lədunni və ya elmi batın deyə bir şey də yoxdur.

Allahın əmr və qadağanlarına tabe olan biri, əmrlərin gözəlliyini və qadağan olunan şeylərin pisliyini dərk edər. Elədikklərini şüurlu olaraq edər, iffətli və şərəfli olur. Hər şeyə halallar və haramlar çərçivəsindən baxacağı üçün asanlıqla pis vəziyyətə düşməz. Elə əsas fərasət də budur. Bu insan elə hala gəlir ki, Allahın əmrinə tərs şeylərdən qulağını və gözünü çəkir. Allahın istədiyi şeylərdən yapışır və Allahın istədiyi tərəfə gedir. “Möminin fərasətindən çəkinin, çünki o Allahın nuruyla görür.” hədisi şərifini belə başa düşməlidir.

Günahkar müsəlmanlar bunları görəcək vəziyyətdə deyillər. Günahdan zövq almaları, Allahın əmirlərini yerinə gətirməməkdən sıxılmamaları bundandır.

Fərasəti də gözümüzdə böyütməmək lazımdır. Bir insanın daha fəzilətli olması görüşünün daha doğru olduğu mənasına gəlməz. Səhabənin ən fəzilətlisi Əbu Bəkirdir (r.a.). Muhəmməd (s.a.v.) bir mövzuda Əbu Bəkirin görüşünü seçmiş, daha sonra bunun səhv olduğu ortaya çıxmışdır.

Çünki Peygəmbərimiz də Əbu Bəkir də insandır və fəzilətli olmaları səhv etmələrinə mane deyildir. Elmi və fəziləti nə olursa olsun hər kəsin səhv edə biləcəyi fikri, hər görüşün tənqid edilə biləcəyinin yolunu açmışdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.