Müsəlmanlar
İsraf nədir? Qəşəng bir maşına minmək israf hesab olunur?

İsraf nədir? Qəşəng bir maşına minmək israf hesab olunur?

Sual: İsraf və israfçılıq nədir? Bunun bir hədd-hüdudu var? Misal üçün, 100 min manatlıq bir maşına minmək, geyim-kecimdə ən bahalı olanlara üstünlük vermək israf hesab olunur, yoxsa yox?

Cavab: Bu məsələ hər şeydən əvvəl ayrı-ayrı şəxslərin qazancı nisbətində olan bir məsələdir. Odur ki, bir nəfər üçün ehtiyac olan şey, başqa biri üçün israf ola bilər. Ona göə də əgər Allah Təala veribsə, insan ən yaxşı evdə yaşaya bilər. Eləcə də, ən qəşəng maşına minər və ən gözəl paltarları geyinə bilər. Quranda deyilir:

“De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” (Əraf, 7/32)

Misal üçün, mənim əynimdəki bu pencək bir nəfər üçün israf hesab oluna bilər. Bunun belə olmağı onun maddi imkanlarından asılı olan bir haldır. Nəticə olaraq, israf məsələsini ayrı-ayrı şəxslərin imkanları nisbətində qiymətləndirmək lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.