Müsəlmanlar
Qeyri müsəlman bir ailənin övladı kimi dünyaya gələn insanın bəxti yoxdur?

Qeyri müsəlman bir ailənin övladı kimi dünyaya gələn insanın bəxti yoxdur?

Sual: Müsəlman bir ölkədə dünyaya gələn birinin qeyri müsəlman bir ölkədə dünyaya gələn biri ilə dünya imtahanında eyni olmayacağını Allahın ədalətinə əsasən bilirik. Lakin bunun Qurani bir sübutu var? Yəni, qeyri müsəlman ölkədə dünyaya gələnlər bəxtsizdir?

Cavab: Xeyr, şanssız deyil. Çünki din fıtratdır. Bu gün Ukraynadan bir nəfər bizə bir məktub yollayıb. Məktubunda deyir ki, müəllim, mən hal-hazırda xristian bir ölkədə yaşayıram. Və görürəm ki, bu insanların dindarlığı bizim müsəlmanların dindarlığından daha yaxşı səviyyədədir. Buna görə də bunlara qarşı utanıram.

Elə isə “dindarlıq” ifadəsi ilə nəyi nəzərdə tuturuq? Təbii ki, düzgün olan şeylərin tərəfdarı olmağı nəzərdə tuturuq. Allah dinin fitrət olduğunu bildirir. Əlavə olaraq, Allah Öz ayələrini kitabdakılarla (Quran) məhdudlaşdırmır; təbiətdə də ayələri olduğunu bildirir. Deməli, elə bir yer yoxdur ki, təbiətdəki ayələr orada olmasın. Cahanşümul həqiqətləri, düzgün şeyləri bilməyən də yoxdur. Hamı bunları bilir. Əgər siz həqiqətlərin tərəfində deyilsinizsə, ilahi imtahandan necə deyərlər, kəsilirsiniz. Əgər mən burada mənə: “Bu adam böyük bir alimdir”, – desinlər deyə, danışsam, mən də ilahi imtahandan keçə bilmərəm. Bu, hər yerdə belədir: Dünyada ən çətin iş doğru-dürüst olmaqdır. Ən böyük sərmayə dürüstlükdür. Ancaq ilk əvvəl dürüst olduğunuz üçün çətinliklərlə üzləşə bilərsiniz. İnsanlar sırf bu çətinliklərlə üzləşməmək üçün yalan danışırlar.

Buna görə də heç fərq etmir, orada hamı eyni qüvvədə imtahan edilir. Axirətdə heç kim deyə bilməz ki, ya Rəbbim sən mənə haqsızlıq etdin. Bütün peyğəmbərlər insanlara ilahi hökmləri təbliğ etdikləri vaxt təbiətdə əldə olunan bilikləri xüsusi qaydada vurğulayıblar.

Biz isə indiki dövrdə İslam dinini elə bir hala gətirmişik ki, onun fitrətlə əlaqəsi kəsilib. Siz insanlara dini hökmləri təbliğ etdiyi vaxt onların fitrəti ilə əlaqə qurub danışan neçə nəfəri görmüsünüz? Ya da bu sualı belə soruşum: Allahın kitabından başqa hansı kitabda qeyd olunub ki, din əslində fitrətdir?

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Buna bənzər sual-cavab üçün açağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6423.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.