Müsəlmanlar
Vaxtaşırı olaraq Allahın varlığından şübhələnmək vəsvəsədir?

Vaxtaşırı olaraq Allahın varlığından şübhələnmək vəsvəsədir?

Sual: Mən bəzən Allahın varlığından şübhələnirəm. Bununla belə, ibadətlərimi də yerinə yetirməyə çalışıram. Dostlarım deyirlər ki, bu şübhə məni Cəhənnəmlik edəcək. Həqiqətən də, şübhə insanı Cəhənnəmə aparır?

Cavab: Əslində bu, Allahın varlığından şübhə etmək deyil. Çünki heş kəs bu məsələdə şübhə keçirmir.

Bununla belə, şeytan insana bu cür vəsvəsələr verir. Əgər sizdə belə vəsvəsə halları baş verir və siz buna görə narahat olursunuzsa, deməli, sizin imanınız möhkəmdir. “Məndə heç bir şübhə olmur”, – deyənlər narahat olsunlar. İnsan dzügün bir iş gördüyü vaxt şeytanın ona vəsvəsə verməməyi mümkün deyil. Odur ki, bu kimi hallar sizin öz imanınızı daima təzələməyinizi, eləcə də, daha qüvvətli hala gətirməyinizi təmin edir. Beləliklə, bir müddətdən sonra artıq şübhələnməməyə başlayarsınız.

Lakin: “Görəsən, belə etsəm, nə olar? Filan işi kaş ki, belə edəydim”, – dediyiniz vaxt şeytan sizə daha çox hücum edər və hətta sizdə psixoloji cəhətdən narahatlıqlara səbəb ola bilər. Buna görə də belə şeylərə əhəmiyyət verməyin. Bu cür şebhələri imanınızın güclənməyinin bir əlaməti kimi qəbul edin.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

http://www.muselmanlar.com/fitvalar/2226.html

http://www.muselmanlar.com/fitvalar/3556.html

http://www.muselmanlar.com/fitvalar/4124.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.