Müsəlmanlar
Zəkat da namaz kimi bizdən əvvəlki ümmətlərə fərz edilmişdi?

Zəkat da namaz kimi bizdən əvvəlki ümmətlərə fərz edilmişdi?

Sual: Oruc, namaz, həcc və qurban ibadətinin bizdən əvvəlki ümmətlərə də fərz olduğunu deyirsiniz. Yaxşı, zəkat da belədir? Əgər zəkat da keçmiş ümmətlərə vacib olubsa, buna sübutunuz var?

Cavab: Allah Təala belə buyurub:

“Allah Nuha buyurduğunu, sənə vəhy etdiyini, İbrahim, Musa və İsaya əmr etdiyini sizin üçün bu dinin şəriəti etmişdir. Dini doğru-dürüst tutun, onda təfriqəyə düşməyin”. (Şura, 42/13)

Bu ayə bizim şəriətimizdə var olan və İslamın 5 əsasından bir olaraq qəbul edilən namaz, zəkat, həcc və oruc ibadətlərinin əvvəlki şəriətlərdə də var olduğunu göstərir. Zəkatın bizdən əvvəlki ümmətlərdə də fərz olduğunu bildirən bir çox ayə vardır. Məsələn, Quranda Lut (ə. s.),  İbrahim (ə. s.), İshaq (ə. s.) və Yaqubun (ə. s.) qissələri izah edildikdən sonra belə deyilir:

“Onları əmrinizə uyğun olaraq yol göstərən rəhbərlər etdik. Xeyirli işlər görmələrini, namaz qılmalarını və zəkat vermələrini tövsiyə etdik. Onlar sədəcə bizə ibadət edərdilər.” (Ənbiya, 21/71-73)

İsmail peyğəmbər (ə. s.) ilə əlaqədar olaraq Quranda belə buyrulmuşdur:   

“Kitabda İsmaili də an! Həqiqətən o, sözünə sadiqdi, rəsul və nəbi idi. Ailəsinə və xalqına namazı və zəkatı əmr edərdi. Rəbbinin dərgahında da məmnuniyyət qazanmış bir kimsə idi.” (Məryəm, 19/54)

Əhli-kitab olaraq qəbul edilən Yəhudi və Xristianlara əmr edilən hökmlər içində zəkatın da olduğu belə bildirilmişdir:

“Onlara yalnız bu əmr edilmişti. Sadəcə yalnız Allaha boyun əyərək Ona qul olun. Namazı davamlı qılın və zəkatı verin. Möhkəm din budur.” (Beyyinə, 98/5)

Bir gün biz İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin, ata-ananıza, yaxın qohum-əqrəbanıza, yetimlərə, fəqir-füqəraya miskinlərə ehsan kömək və yaxşılıq edin, insanlara xoş söz deyin, namaz qılıb, zəkat verin!”, – deyə qəti bir söz əhd-peyman aldıq. Sonra sizin az bir qisminiz istisna olmaqla, əhdinizdən döndünüz. Siz İsrail oğulları üz döndərənsiniz. (Bəqərə, 2/83)

Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və (kasıblara könüllü yardım etməklə) Allaha gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, (bilsin ki,) artıq o, doğru yoldan azmışdır”. (Maidə, 5/12)

Quran İsa əleyhissəlamın dilindən zəkatın ona da vacib edildiyini belə bildirmişdir:

“(İsa) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.

Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm, 19/30-31)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.