Yəhudilərin təhrif etdikləri sözlər hansılardır?
Müsəlmanlar > Fitvalar > Qeyri-müsəlmanlar Tarix: 25 Mart 2013 Tövsiyə et Çap et
Sual: Quranda deyilir ki, Yəhudilər bəzi kəlmələri təhrif ediblər. O sözlər haqqında məlumat verməyinizi xahiş edirəm.

Cavab: Hər şeydən əvvəl qeyd edim ki, bizdə tələbələrə təhrif məfhumu kəlmə və ifadələrin quruluşunu pozmaq kimi tədris olunur. Lakin Quranda təhrif “sözün quruluşunu pozmadan başqa mənalara çəkmək” kimi ifadə olunur. Yəni, söz eyni olaraq qalır, mənası isə dəyişdirilir (təhrifə məruz qalır). Buna bir misal kimi, Nisa surəsinin 46-cı ayəsini göstərə bilərik:

“Bəzi yəhudilər [Tövratdakı] sözlərin yerini dəyişdirib, təhrif edir və dillərini əyərək dinə tənə vurmaq üçün: “سَمِعْنَا وَعَصَيْنَا – Eşitdik və qəbul etmədik. Eşit, kar olasan və راعنا – raina”, – deyirlər. Əgər onlar bunun yerinə: “سمعنا و أطعنا – Eşitdik və tabe olduq. Eşit və bizə bax!”, – desəydilər, əlbəttə, onlar üçün daha yaxşı və daha doğru olardı. Fəqət Allah onları öz küfrləri ucbatından lənətlədi. Onların ancaq az bir qismi iman gətirmişdir.”

Ayədəki üç cümlədən hər birinin iki mənası var. Bunlar bir-birinə ziddir:

1) سمعنا و عصينا cümləsinin iki mənası var: a) Eşitdik və möhkəm yapışdıq; b) Eşitdik və üsyan etdik. Çünki عصى feli həm üsyan, həm də bir şeyi dəyənək tutubmuş kimi tutmaq mənaları verir. Bizim nəzər saldığımız təfsir kitabları və tərcümələrdə bu nüans müəyyən edilməmişdir.

Əgər سمعنا و أطعنا – «eşitdik və itaət etdik» desəydilər, bu zaman təhrif imkanı olmadığına görə daha yaxşı və doğru olardı.

2) و اسمع غير مسمع – cümləsinin bir mənası belədir: Zəhmət olmasa, qulaq as; bizim nə həddimiz var ki, sənə söz deyək. Digər mənası isə budur: Qulaq as, ey sözeşitməz adam! Əgər sadəcə olaraq eşit, dinlə mənaları verən اسمع ifadəsi işlədilsəydi, ayə başqa bir mənaya yönləndirilib, təhrif edilə bilməzdi.

3) راعنا cümləsinin iki mənası var: a) Bizi otar; b) Bizə nəzarət et. «Bizi otar» cümləsində bir tənə və istehza var. Yəni, onlar: “Sən bizi heyvan otaran kimi otarmaq istəyirsən, elə isə otar bizi”, – demək istəyirlər. Dillərini bir az əyib, ع – ‘eyn hərfini uzadaraq raina desələr, «bizim çobanımız» demiş olarlar. Əgər انظرنا desəydilər, «bizə nəzarət et, bizə tərəf bax!» demiş olardılar və beləliklə, ayəni təhrif etməzdilər.

Təhrifin başqa cür olması Qurani-Kərim, Tövrat və İncil nüsxələri üçün qeyri-mümkündür, yəni, bu kitablar heç cür təhrif edilə bilməz. Çünki bu kitablar milyonlarla insanın hafizəsindədir və onların saysız-hesabsız nəşri vardır.

Ayədəki «Bunu dillərini əyərək dinə tənə vurmaq üçün edirlər» cümləsi təhrif etməkdən ötrü pis niyyətin şərt olduğunu meydana çıxardır. Halbuki, birdən çox məna daşıyan bir sözlə əlaqədar olaraq səhv bir seçim, yaxud da dili dönməyən və unutqan bir şəxsin ayəni səhv oxuması təhrif deyildir.

Qeyd edək ki, Qurani-Kərim barədə hər hansı bir təhrifdən söhbət belə gedə bilməz. Allah Təala bu barədə belə buyurmuşdur:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

Ayənin mənası belədir:

“Şübhəsiz ki, Quranı Biz endirdik. Əlbəttə, Biz də onu qoruyacağıq”.

Suala cavab verdi: Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Professor, İstanbul Universiteti İlahiyyat fakültəsinin müəllimi, Türkiyə. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.332 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müsəlmanların qeyri-müsəlmanlar üçün dua etməsi doğrudurmu? 26.12.15 838 dəfə oxundu
2 Müsəlman olmayanlara zəkat vermək olar? 14.07.09 2.114 dəfə oxundu
3 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.512 dəfə oxundu
4 Yaxşı işlər görən qeyri-müsəlmanların halı necə olacaq? 22.04.19 251 dəfə oxundu
5 Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar? 20.06.10 2.326 dəfə oxundu
6 Həvarilər 29.06.11 1.966 dəfə oxundu
7 Qeyri-müsəlmana içki satmaq olar? 19.11.13 1.451 dəfə oxundu
8 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.539 dəfə oxundu
9 İslamı yaymaq üçün qeyri-müsəlmanlarla müharibə etmək lazımdır? 28.09.14 1.717 dəfə oxundu
10 Müsəlman olmayana sədəqə vermək olar? 01.12.13 1.378 dəfə oxundu
11 İslam əhli olmayanlara bəxşiş vermək olar? 22.06.10 1.536 dəfə oxundu
12 Kafirlər iman edənə qədər onlarla döyüşməliyik? 21.10.14 1.176 dəfə oxundu
13 Qeyri-müsəlmanlarla şərikli bizneslə məşğul olmaq olar? 06.02.15 1.109 dəfə oxundu
14 Müsəlman olmaq istəyən yəhudi əvvəl xristian olmalıdır? 11.12.10 1.783 dəfə oxundu
15 İnanmadığı halda yaxşılıq edən insan buna görə savab qazanır? 25.10.11 1.837 dəfə oxundu
16 Yəhudi və Xristianları özümüzə dost tuta bilərikmi? 18.05.15 1.142 dəfə oxundu
17 Tövrat təhrif edilib, yoxsa yox? 23.11.10 3.250 dəfə oxundu
18 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 2.356 dəfə oxundu
19 Təbliğ çatmayan yerdə qeyri-müsəlmanlar nədən məsuliyyət daşıyır? 01.10.15 920 dəfə oxundu
20 Müsəlman olmayanın haqqını yemək 20.12.10 2.062 dəfə oxundu
21 Müsəlman olmayan bir həkim müsəlman uşaqları sünnət edə bilər? 08.12.11 1.901 dəfə oxundu
22 Bir müsəlmanın qalstuk taxması doğrudurmu? 19.10.16 824 dəfə oxundu
23 Xristianlar məsciddə mərasim keçirə bilərlər? 15.06.11 1.751 dəfə oxundu
24 İslam düşmənlərini öldürmək olar? 27.12.10 2.299 dəfə oxundu
25 Ateizmlə əlaqədar təbliğata münasibətiniz nədir? 11.08.14 1.171 dəfə oxundu
26 İslam dövlətində yaşayan qeyri-müsəlmanlardan cizyə alınmalıdırmı? 21.10.16 565 dəfə oxundu
27 Qeyri-müsəlmanlar 29.06.09 1.848 dəfə oxundu
28 Allah bəzi yəhudiləri bu dünyada öldürüb təzədən diriltmişdir? 30.05.13 1.744 dəfə oxundu
29 Boykot edilən yəhudi və xristian mallarını almaq haramdır? 30.03.12 1.533 dəfə oxundu
30 Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar? 28.12.16 421 dəfə oxundu
31 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 2.739 dəfə oxundu
32 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 2.437 dəfə oxundu
33 Dini xidmətlər üçün müsəlman olmayanlardan ianə yığmaq olar? 18.04.12 1.313 dəfə oxundu
34 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.208 dəfə oxundu
35 Qeyri-müsəlmanların xeyirli əməlləri nə olacaq? 11.04.11 1.695 dəfə oxundu
36 Bəni İsrail deyildiyi vaxt kimlər nəzərdə tutulur? 24.02.11 2.097 dəfə oxundu
37 Müsəlman olmayanları nəyə görə Məkkəyə buraxmırlar? 15.06.12 1.552 dəfə oxundu
38 Münafiqlər ən pis kafirdən də aşağıda, ən pis əzabla üzləşəcəklər? 20.01.17 351 dəfə oxundu
39 Müsəlman olmayanı tərifləmək olar? 13.02.10 1.822 dəfə oxundu
40 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 1.915 dəfə oxundu
41 Bu qədər səhvə baxmayaraq İsrail oğulları nə üçün məhv edilmədilər? 11.01.13 1.350 dəfə oxundu
42 Quranın varlığından xəbəri olan qeyri-müsəlmanlara təbliğ çatmış sayılırmı? 26.05.17 465 dəfə oxundu
43 Quran təbliğ olunmayan bir insan Allah dərgahında cavabdehdir? 05.04.10 2.079 dəfə oxundu
44 Bəşəriyyət üçün yaxşı işlər görən qeyri-müsəlmanlara rəhmət oxumaq olar? 11.04.11 1.732 dəfə oxundu
45 Yəhudilərin təhrif etdikləri sözlər hansılardır? 25.03.13 1.332 dəfə oxundu
46 Cizyə vergisi nədir, kimdən alınır? 29.01.18 160 dəfə oxundu
47 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 1.964 dəfə oxundu
48 Yəhudilər anadangəlmə lənətləniblər? 20.04.11 4.530 dəfə oxundu
49 Qeyri müsəlman bir ailənin övladı kimi dünyaya gələn insanın bəxti yoxdur? 25.04.13 1.337 dəfə oxundu
50 Müsəlman ölkəsində Kilsənin təmir edilməsi doğrudurmu? 23.02.18 128 dəfə oxundu
51 Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar? 13.04.10 2.022 dəfə oxundu
52 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 1.612 dəfə oxundu
53 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.590 dəfə oxundu
54 Qeyri-müsəlman bir ölkədə oxumağın və yaşamağın dini qəbahəti varmı? 26.03.18 148 dəfə oxundu
55 Müsəlman olmayanlara rəhmət oxumaq olar? 02.05.10 2.302 dəfə oxundu
56 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 3.420 dəfə oxundu
57 Qeyri-müsəlmanın ovladığı balıq və dəniz məhsullarını yemək olar? 27.06.13 1.806 dəfə oxundu
58 Muhəmməd (ə.s.)-a inanmayan əhli-Kitab cənnətə girə bilərmi? 28.09.18 163 dəfə oxundu