Ruhlar və səmanın qapılarının açılıb açılmaması məsələsi
Müsəlmanlar > Fitvalar > Ruh Tarix: 23 Mart 2013 Tövsiyə et Çap et
Sual: Ölən yaxşı adamların ruhları götürülüb göy üzünün qapıları ona açılacağı, yaxşı biri deyilsə açılmayacağı ilə əlaqəli sizdən bir şey eşitmişdim. Dəqiq yadıma gəlmir hədis və ya ayə varmı? Demişdiniz ancaq əmin deyiləm. Bu mövzunu izah edə bilərsizmi?

Cavab: Əlaqəli ayə budur:

“Ayələrimiz qarşısında yalana sarılan və qürurlananlar var ha, onlara göylərin qapıları açılmayacaq, dəvə iynə deşiyindən keçənə qədər Cənnətə girə bilməyəcəklər. Günahkarları biz belə cəzalandırırıq. Onlar üçün cəhənnəm döşəyi və üzərilərində örtülər olacaqdır. Zalımları elə bu cür cəzalandırırıq.” (Əraf 7/40-41)

Bu mövzuda hədislər də vardır. Bəra b. Azibin belə dediyi rəvayət edilmişdir:

Rəsulullah (s.a.v.) ilə bərabər Ənsardan birinin cənazə namazına çıxdıq. Qəbrə qədər getdik, hələ qazıb qurtarmamışdılar. Rəsulullah (s.a.v.) oturdu, biz də onun çevrəsində oturduq. Sanki başımızda bir quş var kimi hərəkətsizdik. Peyğəmbərimizin əlində bir odun parçası vardı, yeri eşələyirdi. Başını qaldırdı və iki üç dəfə belə dedi:

“Qəbir əzabından Allaha sığının!” Sözlərinə belə davam etdi: “ Mömin bir qulun dünyadan ayrılıb axirətə yönələcəyi ərəfədə göydən ağ üzlü mələklər enər, üzləri elə bil günəş kimidir. Yanlarında cənnət kəfənlərindən kəfənlər və cənnət ətirlərindən ətirlər olur. Sonra ölüm mələyi gəlir, başı ucunda oturub deyir ki; “ Ey içi rahat olan ruh! Allahın bağışlamasına və rizasına doğru yol al.” Ruh çıxar, suyun krantdan axdığı kimi axar. Ölüm mələyi onu alır. Digər mələklər bir an belə buraxmaz, onu onun əlindən alır, Cənnətdən gələn kəfən və ətirin içinə qoyarlar. O ruhdan yer üzünün misk ətirlərinin ən gözəlinin ətri kimi bir ətir çıxar. Onunla bərabər yuxarı çıxarlar. Mələklərin qabaqda gələnlərin hansına rast gəlsələr; “ Bu təmiz ruh kimdir?” deyə soruşarlar. Bunlar; “ Filan oğlu filan” deyərək dünyadakı adlarından ən gözəlini deyərlər. Nəhayət birinci qat səmaya çatır, qapının açılmasını istəyirlər. Qapı onun üçün açılır, sonra hər səmadan müqərrəb mələklər digər səmaya qədər ona yoldaşlıq edərlər. Yeddinci qat göyə çıxana qədər belə olur. Sonra Allah Təala belə deyir; “Qulumu illiyyunun arasına qeyd edin və yer üzünə döndürün. Çünki onları torpaqdan yaratdım, torpağa döndərəcəyəm və bir dəfə daha torpaqdan çıxaracağam.”

Peyğəmbərimiz belə davam etdi: Kafir bir qul dünyadan ayrılıb axirətə yönələcəyi ərəfədə göydən qara üzlü mələklər enər, əllərində köhnə çullar vardır. Sonra ölüm mələyi gəlir, başı ucunda oturub deyir ki; “Ey pis ruh! Allahın hirsinə və qəzəbinə doğru yol al. “Ruh cəsədindən ayrılır, sanki daraqlı şişi yaş yundan ayıran kimi olur. Ölüm mələyi onu alır. Onu alınca digər mələklər bir an belə onu onun əlində saxlamaz alır, köhnə çulların içinə qoyarlar. O, ruhdan yer üzünün ən pis leş iyinin iyi kimi bir iy çıxar. Onunla bərabər yuxarı çıxarlar. Mələklərin qabaqda gələnlərin hansına rastlasalar “ Bu pis ruh kimdir”? deyə soruşarlar. Bunlar; “ Filan oğlu filan” deyərək dünyadakı adların ən pisini deyərlər. Nəhayət birinci qat səmaya çatır, qapının açılmasını istəyirlər. Qapı onun üçün açılmaz. Sonra Peyğəmbərimiz bu ayəni oxudu: “…onlara göylərin qapıları açılmayacaq, dəvə iynə deşiyindən keçənə qədər də Cənnətə girə bilməyəcəklər. (Əraf 7/40) Sonra Allah Təala belə deyir; “Onu yerin ən alt qatındakı Siccinə qeyd edin…” (Əhməd b. Hənbəl, 4/287-288)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.660 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bizim ölü qohumlarımızın ruhları yanımıza gələ bilər? 17.01.10 3.508 dəfə oxundu
2 Ölən şəxsin ruhunun bədəni ilə əlaqəsinin izahı 28.03.13 2.169 dəfə oxundu
3 İnsan öldükdə ruhla bədənin əlaqəsi yerli-dibli kəsilir? 27.08.12 2.604 dəfə oxundu
4 Ruhlar və səmanın qapılarının açılıb açılmaması məsələsi 23.03.13 1.660 dəfə oxundu
5 Ölmüş vəlilərin ruhları qınından çıxmış qılınc kimidir? 17.03.15 943 dəfə oxundu
6 İnsana ruhun üflənməsi nə deməkdir? 08.01.18 361 dəfə oxundu
7 İnsanla heyvan arasındakı fərq nədir? 15.01.18 592 dəfə oxundu
8 İnsanların ruhları hələ də bizimlə bərabərdirmi? 25.03.19 151 dəfə oxundu