İslam dinində məhbuslara münasibət
Müsəlmanlar > Cəzalar > Düşüncə sahəsi > Fitvalar Tarix: 24 Mart 2013 Tövsiyə et Çap et
Sual: Həbsxanalarda məhbusların sağlamlığının keyfiyyəti ilə bağlı bir layihədə işləyirəm. Məhbusların digər insanlar kimi sağlamlıq hüquqları haqqında məlumat verməyinizi xahiş edirəm. Bu məsələdə İslam dininin ədalət və bərabərliyə baxışı nədir?

Cavab: İslam dini yaşayan və düşünən insanlar üçün gəlmişdir. Bu dində bütün canlı və cansızlarla bağlı müəyyən qaydalar, haqq və hüquqlar mövcuddur. Bütün yaradılanlar insan üçün xəlq edildiyi halda, bəşər bəzən nəfsinin mənfi arzu və istəklərinə məğlub olur. Bu məğlubiyyətlərdən biri də cinayətdir. Amma cinayəti törədən də yenə insandır. Bəs belə olduğu halda cinayət törətmiş məhbuslarla bağlı məsələlər öz həllini necə tapır? Bəli, indi gələk sizin sualınızın cavabına. İslam dini məhbuslara və onların saxlanma şəraitinə böyük diqqət yetirmiş və bununla bağlı müəyyən şərtlər də qoymuşdur. Bu cür məsələlərə başqa bir yerdə rast gəlmək qeyri-mümkündür. İslam hüquqşünasları olan fəqihlər öz əsərlərində məhbuslarla bağlı hökmlər, onların saxlanma şəraiti və davranış qaydalarını müəyyənləşdirmişlər. Bu qayğı İslam dinində insanın qorunması və ona olan hörmətdən irəli gəlir.

Məsələnin başa düşülməsini daha da asanlaşdırmaq və hökmləri daha anlaşıqlı etmək üçün alimlər müzakirə predmetini iki hissəyə bölüblər:

1. Məhbusların şəxsi sağlamlığına dair hökmlər;

2. Həbsxana kimi istifadəyə verilmiş yerdə sağlamlıq şəraitinə dair hökmlər.

MƏHBUSLARIN ŞƏXSİ SAĞLAMLIĞI

Xəstə insanı həbs etmək

Müsəlman hüquqşünaslar ilk növbədə xəstə olan bir insanı həbs etmək məsələsini müzakirə etmişlər. Səlahiyyətli orqanların xəstə insanı həbs etmək hüququ varmı? Bu məsələdə yekun qərar həmin şəxsin hansı səbəbə görə həbs olunmalı olduğunu, xəstəliyinin nə dərəcədə ciddi olduğunu və həbsxanada onun sağlamlığının qayğısına qalmağın mümkünlüyünü götür-qoy edən hakim tərəfindən verilir. Əgər həbsxanada həmin xəstə üçün sağlamlıq şəraiti yetərli isə və həbs olunacağı təqdirdə ölümünə səbəb ola biləcək ciddi bir xəstəlikdən əziyyət çəkmirsə, onu həbs etmək olar. Əgər bu cür qayğı təmin olunmayıbsa, hakim onu tamamilə azadlığa buraxmadan təkrar həbs etmək mümkün olana kimi müttəhimi müalicə edəcək və qoruyacaq bir quruma və ya şəxsə həvalə edə bilər.

Əgər məhbus həbsdə ikən xəstələnərsə, həbsxanada onu müalicə etmək imkanı olarsa, bu halda məhbus həbsxananın daxilində müalicə olunmalıdır. Həkimlər və xidmətçilərin ona maneəsiz baş çəkməyinə, onu müalicə etməyinə və qulluq göstərməyinə imkan yaradılmalıdır. Əgər müalicəsiz buraxılması onun ölümü ilə nəticələnərsə, buna səbəb olan şəxslər cinayət məsuliyyəti daşıyırlar.

Peyğəmbər (s) zəncirlənmiş bir məhbusun yanından keçirdi və bu vaxt məbhus: “Ey Muhəmməd, ey Muhəmməd”, – deyə səsləndi. Peyğəmbər onun yanına gəldi və dedi: “Nə olub?” O dedi: “Mən acam, məni yedizdirin. Mən susuzam, mənə su verin”. Peyğəmbər (s) dərhal onun ehtiyaclarının ödənilməsinə dair göstəriş verdi (Muslim, 3/1263). Şübhəsiz ki, xəstənin tibbi müayinəyə ehtiyacı var.

Bununla belə, onu həbsxana daxilində müalicə etmək mümkün deyilsə, bu halda məhbus həbsxana müdiriyyətinin nəzarəti, yaxud ona nəzarət və mühafizə etmək üçün bu məqsədlə vəzifələndirilmiş bir şəxsin rəhbərliyi altında müalicəsi mümkün olan bir yerə aparılmalıdır.

Hökmlərə gəldikdə fəqihlər fiziki xəstəliklə ruhi xəstəlik arasında fərq qoymurlar (Bir çox hüquqşünasın cinayətkarları həbsdən azad etmək üçün istifadə etdiyi süni ruhi xəstəlik, yaxud intensiv ruhi xəstəlikdən fərqli olaraq həqiqi ruhi xəstəlik). Elə buna görə də, fəqihlər məhbusun qaçmayacağından əmin olunduğu təqdirdə, qapının onun üzünə bağlanmasının, yaxud qaranlıq otağa qoymağın, ya bu və ya digər formada ona zərər verməyin, ya da onu qorxudacaq hər hansı bir şey etməyin icazəli olmadığını bildirmişlər.

Qohumlarının onu ziyarət etməsinə mane olunmamalıdır. Çünki bu onun sağlamlığına və psixologiyasına müsbət təsir edir.

Səlahiyyət orqanları və ya onların nümayəndəsi məhbusların sağlamlığının qayğısına qalmaq üçün həbsxanada xüsusi tibbi şöbə açmalıdırlar. Bu cür etməklə məhbuslar ictimai xəstəxanalara getmək ehtiyacından, orada ola biləcək təhqir və rəzalətə məruz qalmaqdan qurtulmuş olurlar.

Məhbusların həyat yoldaşları ilə görüşmələrinə icazə verilməlidir. Bu məqsədlə həbsxanada müvafiq yer hazırlanmalıdır. Həyat yoldaşlarının (zinadan) qorunması məqsədilə yaxınlıq etmələrinə imkan yaradılmalıdır.

Fəqihlər bildirirlər ki, məhbusların dəstəmaz almalarına və paklanmalarına imkan yaratmaq vacibdir. Bu isə sözsüz ki, xəstəliklərə qarşı ən mühüm qoruyucu ehtiyat tədbiridir.

HƏBSXANALARDA SAĞLAMLIQ ŞƏRAİTİNƏ DAİR HÖKMLƏR

Həbsxana kimi istifadə olunan məkan geniş, təmiz, yaxşı havalandırılmış, təbii günəş işığı ilə işıqlandırılmış və hamam və sair kimi lazımi bütün şəraitlə təmin olunmalıdır.
Xeyli sayda məhbusu dəstəmaz almaq və namaz qılmağa imkan olmayan bir yerə yığmaq icazəli deyil.

Məhbusları islah edərkən, yaxud onlarla davranarkən fəqihlərin haram olduğunu bildirdiyi bəzi məsələlər var. Bunlar aşağıdakılardır:

Bədəni şikəst etmək: Bədənin hər hansı bir hissəsini kəsməklə, yaxud sümüklərini sındıraraq məhbusu cəzalandırmaq yolverilməzdir. Peyğəmbər (s) müharibə əsirlərini şikəst etməyi qadağan edərək belə buyurmuşdur: “Onları şikəst etməyin” (Muslim, 3/1357).

Sifətə vurmaq: Çünki bu cür etməklə insanın ləyaqəti alçaldılmış olur. Eynilə məbhusların boynuna zəncir taxmaq, yaxud şallaqlamaq üçün onları yerə uzatmaq, hətta onlar üçün müəyyən olunmuş hədd (İslamda buyurulmuş cəzalar) olsa belə, icazəli deyil. Çünki burada da ləyaqəti alçaltmaq elementi var və insanların səhhəti və bədəninə zərər dəyir.

Yandırmaqla, boğmaqla, yaxud məhbusun başını suyun altında saxlamaqla cəza vermək: Qisas halları və cəzanın cinayətə müvafiq olduğu hallar bundan istisnadır.

Məhbusları ac qoymaq, yaxud onları soyuğa məhkum etmək, ya da onlara zərərli yeməklər vermək və ya paltar geyinmələrinə imkan verməmək: Əgər məhbus bu cür şeylər səbəbindən vəfat edərsə, onu həbs edən tərəf qisas olaraq edam oluna, yaxud diyət (qan bahası, qan əvəzi) ödəməsi tələb oluna bilər.

Məhbusların paltarlarını soyundurmaq: Çünki bu onların övrət yerlərini göstərir, onları fiziki və ruhi xəstəliyə düçar edir.

Subaşına getməyə, dəstəmaz almağa və namaz qılmağa mane olmaq. Əlbəttə ki, bu, məhbusun səhhətinə ziyandır.

MƏHBUSLARIN QAYĞISINA QALANLAR

Yuxarıda qeyd edilən hədis göstərir ki, Peyğəmbər (s) məhbusların qayğısına qalınması və onların yemək, içmək ehtiyaclarının qarşılanmasına dair göstərişlər vermişdir. Peyğəmbər (s) çox vaxt məhbusları səhabələrə həvalə edər və onlarla yaxşı davranmağı tapşırardı. Burada bəzi misalları qeyd edək.

Rəşidi xəlifələrinin 4-cüsü olan Əli ibn Əbi Talib (r) həbsxanalara baxış keçirər, orada məhbuslarla görüşər və onların halını və vəziyyətini soruşardı.

Ömər ibn Əbduləziz -beşinci Rəşidi xəlifəsi- öz işçilərinə məktub yazaraq orada məhbusların vəziyyətinə nəzarət etməyi və onların arasında xəstə olanların qayğısına qalmağı əmr etmişdir.

Abbasi xəlifəsi əl-Mötədil məhbusların ehtiyacları və tibbi müayinəsinə xərcləmək məqsədilə büdcədən aylıq 1500 dinar təxsis etmişdir.

Abbasi xəlifəsi əl-Muqtədir vəzirlərindən biri İbn Muqləni həbs etdikdə vəzir xəstələnmişdi. Xəlifə tanınmış həkim Sabit ibn Sinan ibn Sabit ibn Quranı onu müalicə etmək üçün həbsxanaya, onun yanına göndərdi və onu yaxşı müalicə etməsini tapşırdı. Həkim öz əli ilə onu yedizdirir və ona yaxşı baxırdı.

Xəlifə əl-Muqtədirin dövründə vəzir Əli ibn İsa əl-Cərrah həmin vaxtı İraqdakı xəstəxanaların başçılarına məktub yazaraq belə deyirdi: “Allah sizin ömrünüzü uzun etsin, mən həbsxanada olan insanlar haqqında düşünürəm. Saylarının çox olduğunu və ağır şəraitin olduğunu nəzərə alsaq, onlar xəstəliklərdən uzaq deyillər. Özləri üçün faydalı olan işləri görmələrinə və düçar olduqları xəstəliklər barədə həkimlə danışmalarına və görüşmələrinə əngəl yaranır. Mütləq onlar üçün həkimlər təyin edin ki, onlar məhbusların yanına gedərək onlara hər gün baxsınlar və dərman, içəcək aparsınlar və bütün həbsxanaları dolaşsınlar, orada olan xəstələri müalicə etsinlər, onlar üçün dərman yazsınlar”. Bu qayğı işi xəlifə əl-Muqtədir, əl-Qahir, əl-Radi və əl-Muttəqinin dövrünə kimi davam etdi.

Hazırlayan: E. PAŞAOĞLU

Bu material 23/03/2013 tarixdə din.az saytından iqtibas edilmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.694 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qütblərdə namaz vaxtları 07.02.11 2.283 dəfə oxundu
2 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.211 dəfə oxundu
3 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.882 dəfə oxundu
4 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.079 dəfə oxundu
5 Allahın varlığının riyazi isbatı 15.02.11 5.957 dəfə oxundu
6 Müsəlmanın davranışları 23.09.12 1.858 dəfə oxundu
7 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.442 dəfə oxundu
8 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 491 dəfə oxundu
9 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.415 dəfə oxundu
10 İslamda analara münasibət 19.10.12 2.348 dəfə oxundu
11 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.035 dəfə oxundu
12 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 768 dəfə oxundu
13 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.194 dəfə oxundu
14 Qərbin inkişafının paradiqması 19.02.11 3.356 dəfə oxundu
15 İslamda söyüşə münasibət 19.10.12 1.896 dəfə oxundu
16 QÜTBÜ ƏZƏM 24.03.14 2.456 dəfə oxundu
17 Müaviyə kimdi? 10.08.18 419 dəfə oxundu
18 İslamdan İslama qədər 15.10.15 2.663 dəfə oxundu
19 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.361 dəfə oxundu
20 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.660 dəfə oxundu
21 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.337 dəfə oxundu
22 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 342 dəfə oxundu
23 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.703 dəfə oxundu
24 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.168 dəfə oxundu
25 Qurban qətliam deyil! 23.10.12 1.592 dəfə oxundu
26 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.548 dəfə oxundu
27 Коран и культурное развитие. 30.01.19 230 dəfə oxundu
28 Ramazan təqvimi 27.06.14 3.667 dəfə oxundu
29 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.425 dəfə oxundu
30 Ad qövmünün həlakı 29.10.12 1.518 dəfə oxundu
31 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.961 dəfə oxundu
32 Din 31.03.10 2.987 dəfə oxundu
33 QƏNDİLLƏR 13.02.11 2.823 dəfə oxundu
34 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.364 dəfə oxundu
35 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.343 dəfə oxundu
36 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.117 dəfə oxundu
37 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.294 dəfə oxundu
38 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.742 dəfə oxundu
39 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.774 dəfə oxundu
40 Ağıl işlətmək 24.04.10 3.213 dəfə oxundu
41 Quranda şəfaət anlayışı 02.09.15 1.874 dəfə oxundu
42 İslam ümumbəşəri dindir 16.11.12 1.622 dəfə oxundu
43 Nəbi və Rəsul 18.12.13 1.751 dəfə oxundu
44 Məşiət və iradə 05.07.09 3.214 dəfə oxundu
45 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.475 dəfə oxundu
46 Qəza-qədər məsələsi 24.02.13 4.092 dəfə oxundu
47 Sədəqə malı azaltmır 19.01.14 1.531 dəfə oxundu
48 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.451 dəfə oxundu
49 Quranın ecazı 21.11.11 9.123 dəfə oxundu
50 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.527 dəfə oxundu
51 Lə İlahə İlləllah 20.02.14 2.733 dəfə oxundu
52 Ramazanda Quran oxumaq 29.07.10 5.523 dəfə oxundu
53 Quran ayəli telefon zəngləri 18.01.12 2.830 dəfə oxundu
54 İslam dinində məhbuslara münasibət 24.03.13 1.694 dəfə oxundu
55 Təsbih və Zikr 29.04.16 1.381 dəfə oxundu
56 Pir və ziyarətgahlar 07.12.10 19.973 dəfə oxundu
57 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.596 dəfə oxundu
58 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.553 dəfə oxundu
59 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.142 dəfə oxundu
60 Zəmzəm suyunun sirləri 12.12.10 5.560 dəfə oxundu
61 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.235 dəfə oxundu
62 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.567 dəfə oxundu
63 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.144 dəfə oxundu
64 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.415 dəfə oxundu
65 Əsl kafir kimdir? 21.07.12 9.161 dəfə oxundu
66 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.988 dəfə oxundu
67 Tövhid 24.09.16 4.654 dəfə oxundu