Müselmanlar
Mağazanı bank və ya içki satana icarəyə vermək olar?

Mağazanı bank və ya içki satana icarəyə vermək olar?

Sual: Bizim müxtəlif obyektlərimiz var: Mağaza, budka sairə. Bu obyektləri banklara və içki satan firmalara arendaya verə bilərik? Məlumdur ki, banklar faizlə işləyir. Faiz isə haramdır. Bu məsələni izah etməyinizi xahiş edirəm.

Cavab: Allah Təala Quranda belə buyurur:

Kim gözəl işə şəfaət etsə [buna havadarlıq edərsə], bundan [savabından] ona bir pay düşür. Kim də pis işə havadarlıq etsə, ondan [günahından] məsuldur. Allah hər şeyin əvəzini verəndir.” (Ən-Nisa, 4/85)

Müsəlman bu ayəyə əsasən hərəkət etməlidir.

Əlavə olaraq, Allah spirtli içkilər barədə: “Ondan uzaq durun”, – deyir. Əgər sualınızda qeyd etdiyiniz kimi, şəxsi obyektlərinizi belə yerlərə versəniz, bu dəstəyinizin nəticəsində içkidən uzaq olmursunuz.

Suala cavab verdi: Abdulaziz Bayındır ((Professor, İstanbul Universitetinin İlahiyyat fakültəsində müəllim.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin