Müselmanlar
Mövzu hədislərlə bağlı mənbələr hansılardır?

Mövzu hədislərlə bağlı mənbələr hansılardır?

Sual: Mövzu (uydurma-qondarma) hədislərlə əlaqədar hansı kitablar var? Bu sahədəki mənbələr hansıdır?

Cavab: Hədis alimlər müxtəlif metodlarla hədis kimi uydurulan rəvayətləri bir yerə cəm edən müxtəlif Mövzuat (الموضوعات) kitabları yazıblar. Məhz bu əsərlərin sayəsində hədis elmində mütəxəssis olmayan şəxslər də mövzu hədisləri asanlıqla tanıya bilirlər. Həmin əsərlərdən (əksəriyyəti Ərəb dilindədir) bəziləri bunlardır:

əl-Məqdisi (ö. 507/1113): Təzkiratu-l-mövzuat

əl-Cüzəkani (ö. 543/1148): əl-Əbatil və-l-mənakir və-s-sihah və-l-məşahir

Əbu-l-Fərəc ibnu-l-Cövzi (ö. 597/1200): Kitabu-l-mövzuat minə-l-əhadisil-mərfuat

Cəlaləddin əs-Süyuti (ö. 911/1505): əl-Ləali-l-məsnua fi-l-əhadisi-l-mövzua

İbn Ərrak (ö. 963/1556): Tənzihu-ş-şəriəti-l-mərfua ani-l-əxbariş-şəniati-l-mövzua

əl-Fəttəni (ö. 986/1578): Təzkiratu-l-mövzuat fi-l-əhadisi-l-mərfuat

Əli əl-Qari (ö. 1014/1605): əl-Əsraru-l-mərfua fi-l-əxbari-l-mövzua: əl-Mövzuatu-l-kübra

əş-Şövkani (ö. 1250/1832): əl-Fəvaidu-l-məcmua fi-l-əhadisi-l-mövzua

əl-Ləknəvi (ö. 1304/1886): əl-Asaru-l-mərfua fi-l-əxbari-l-mövzua

Bu məsələ ilə əlaqədar Türk dilində mənbələrdən bəziləri isə aşağıdakılardır:

M. Yaşar Kandemir: Mevzû Hadisler: Menşe’i, Tanıma Yolları, Tenkidi

Harun Ünal: Uydurma Hadisler (Mirac Yayınları), 6 cild; Mevzûât (Mevzû Hadisler) (Basiret Yayınları)

Sadık Cihan: Uydurma Hadislerin Doğuşu ve Sosyo-Politik Olaylarla İlgisi

Ali el-Kârî: Uydurma Olduğunda İttifak Edilen Hadisler, Tercüme: Halil İbrahim Kutlay

İbn Kayyim el-Cevziyye: Uydurma Hadisleri Tanıma Yolları (el-Menarü’l-Münif fi’s-Sahih ve’d-Daîf), Tercüme: Hanifi Akın

Abdülfettah Ebû Gudde: Sened ve Metin Yönüyle Mevzu Hadisler, Tercüme: Enbiya Yıldırım.

QEYD: Bu əsərlərin əksəriyyəti BDU-nun İlahiyyat fakültəsinin elmi kitabxanasında mövcuddur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin