Müsəlmanlar
Qız uşağına Hannə adı qoymaq olar?

Qız uşağına Hannə adı qoymaq olar?

Sual: Mənim bu yaxınlarda bir qızım dünyaya gələcək. Ona Hannə adını qoymaq istəyirəm. Bu məsələdə dini cəhətdən bir problem ola bilər?

Cavab: Məryəm anamızın anasının adı islami mənbələrdə Hannə kimi qeyd edilir. Bu ad İbrani dilində Hanna, Latın dilində isə Anna kimi ifadə olunur.

Quranın Ali-İmran surəsinin 33-37-ci ayələri arasında adı açıq formada qeyd olunmadan “İmranın arvadı” kimi Məryəm anamızın anasından və onun qızı Məryəmi Allaha həsr etməyindən danışılır.

Hannə adının qız uşaqlarına qoyulmağının dini cəhətdən bir eybi yoxdur. Bununla belə, bu ad ölkəmizdə geniş yayılmış adlardan biri deyil.

Adqoyma ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidlərə baxmağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/4600.html

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.