Süd bankı təsis etmək dini cəhətdən düzgündür?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Körpəni əmizdirmək-Süd qohumluğu > Qohum-əqrəba Tarix: 25 Şubat 2013 Tövsiyə et Çap et
Sual: Xəbərlərdə deyilir ki, Səhiyyə Nazirliyi (Türkiyə) süd bankı təsis edəcək. Südü olmayan analar həmin bankda süd alıb körpələrə verəcəklər. Bu məsələ İslam dininə əsasən nə cür qiymətləndirilir? Nə dərəcədə düzgündür?

Cavab: Quranın Talaq surəsinin 6-cı ayəsində bildirilir ki, körpələri süd anasına vermək olar. Süd anası bunun müqabilində bir haqq da ala bilər. Lakin süd qohumluğu İslam hüququnda mütləq bir evlənmə qadağası hesab edilir. Çünki Allah süd anası və süd bacısıyla evlənməyi haram qılıb (Nisa, 4/23). Odur ki, təsis edilən süd bankında hansı qadının südünün hansı uşağa verildiyi diqqətlə və qəti surətdə müəyyən olunmalı, qeyd edilməlidir. Əks halda, həmin uşaqlar böyüdükləri vaxt süd qohumları ilə evlənə bilərlər; yəni, buna belə bir zəmin hazırlanmış olar.

Bununla yanaşı, Qurani-Kərimdə daimi olaraq əmizdirmə işi xüsusi qaydada vurğulanır (Bəqərə, 2/233; Talaq, 65/6). Məlumdur ki, bu, süd verən ana ilə südü əmən uşaq arasında bir sevgi-məhəbbət körpüsü yaradır. Ona görə də həm süd əmizdirən qadınları, həm də süd əmən körpələri bundan məhrum etməmək üçün qurulması planlaşdırılan süd bankı fərqli bir struktur və mexanizmaya malik olmalıdır. Bu, daha münasibdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.824 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 4.609 dəfə oxundu
2 Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? 22.02.10 7.410 dəfə oxundu
3 Bayramlarda həmişə kiçiklər böyükləri ziyarətə getməlidir? 25.11.11 1.976 dəfə oxundu
4 Allah valideynin səhvinə görə uşaqlara cəza verir? 15.12.11 2.901 dəfə oxundu
5 Bir övlad öz ateist atası ilə nə cür rəftar etməlidir? 27.03.12 1.872 dəfə oxundu
6 Süd bankı təsis etmək dini cəhətdən düzgündür? 25.02.13 1.824 dəfə oxundu
7 Bir qadın ərinin dayısı ya da əmisinin yanında başıaçıq dayana bilər? 14.03.16 1.865 dəfə oxundu
8 Ərdə olan bir qadının valideynlərini ziyarət etmə müddəti nə qədər olmalıdır? 27.01.16 1.276 dəfə oxundu
9 Övladını yox hesab edən valideynlə necə rəftar etmək lazımdır? 13.05.15 966 dəfə oxundu
10 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 6.532 dəfə oxundu
11 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 3.977 dəfə oxundu
12 Qohumla evlənmək hansı qarına qədər haramdır? 22.02.10 11.089 dəfə oxundu
13 Atam heç bir qohumumuzla danışmır. Bu problemi necə həll edə bilərik? 14.01.10 2.092 dəfə oxundu
14 Bir kişi arvadının valideyninin yanına getməyinə mane ola bilər? 02.09.14 2.712 dəfə oxundu
15 Hansı qohumlara baş çəkmək dini cəhətdən vacibdir? 12.05.10 2.603 dəfə oxundu