Müsəlmanlar

Əqiqə qurbanı

Sual: Təzə doğulan uşaqlar üçün kəsilən “əqiqə” qurbanının hökmü nədir?

Cavab: Uşağın dünyaya gəlmə səbəbiylə Allaha şükür etmək üçün kəsilən qurbana “əqiqə qurbanı” deyilir.

Əqiqə (العقيقة) Ərəbcə yeni doğulan uşağın başındakı saçın adıdır. Əqiqə qurbanı kəsildiyi gün uşağın başı qırxıldığı üçün qurbana bu ad verilmişdir. Peyğəmbərimiz bir şükür ifadəsi olaraq, bu qurban üçün “ itaət və ibadət “ mənasına gələn “nüsuk” kökündən törədilmiş “nəsikə” kəliməsini istifadə etməyi uyğun görmüşdür. ((Muvatta, Əqiqə, 1; Nəsai, Əqiqə, 1; Əhməd b. Hənbəl, Müsnəd, 2/182.))

Aişə anamızın rəvayətinə görə, peyğəmbərimiz, nəvələri Həsən ilə Hüseynin  dünyaya gəlişlərinin yeddinci günü əqiqə qurbanlarını kəsmiş və adlarını qoymuşdur. ((Təcrid-i Sərih Tərcüməsi, c. 11, s. 401.))

Peyğəmbərimiz cahiliyyə dövründə ancaq oğlan uşaqları üçün kəsilən bu qurbanın qız uşaqları üçün də kəsilməsini tövsiyə etmişdir.

Maliki, Şafii və Hənbəli məzhəblərinə görə bu qurbanı kəsmək sünnətdir. Hənəfi məzhəbinə görə mubah, bəzi qaynaqlara görə isə məndubdur. Bu məlumatlara görə əqiqə qurbanı kəsdirməyən adam günahkar olmaz.

Əqiqə qurbanı uşaq doğulduğu gündən büluğ çağına qədər kəsilə bilərsə də, ilk günlərdə xüsusiylə də dünyaya gəlişinin yeddinci günündə kəsilməsi müstəhab qəbul edilmişdir.

Əqiqə qurbanı dosta-qardaşa, qonum-qonşuya paylana biləcəyi kimi, kəsən adam və ailəsi tərəfindən də yeyilə bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.