Müsəlmanlar
Bir maldan zəkat verilib verilməməli olduğunu necə müəyyən edirlər?

Bir maldan zəkat verilib verilməməli olduğunu necə müəyyən edirlər?

Sual: Siz deyirsiniz ki, ticarət mallarının zəkatı verilməlidir. Elə isə bir şeyin ticari mal olub olmadığını nə cür başa düşmək olar?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, ticarət mallarını hansısa bir sayla məhdudlaşdırmaq qeyri-mümkündür. Satış üçün nəzərdə tutulan, başqa cür desək, satmaq üçün alınan hər növ geyim elementi, qida məhsulları, tikinti materialları və oxşar şeylər ticari maldır və bunlar zəkata tabedir. Həmin malların başlıca xüsusiyyəti ticarət elementi olmağıdır.

Bir malın ticarət malı hesab olunmağı üçün aşağıdakı 2 ünsür olmalıdır:

1. Satmaq üçün almaq;

2. Qazanc götürməq məqsəd və niyyəti.

Bu ünsürlərdən biri yoxdursa, o mal ticarət malı hesab edilmir.

Misal üçün, minik maşını kimi işlədilən, yəni, bu məqsədlə alınan maşınlar ticarət malı deyildir. Odur ki, bunların zəkatı olmur. Lakin əgər bir şəxs maşın al-veri ilə məşğuldursa və maşınları əlində satmaq məqsədi ilə saxlayırsa, onların zəkatını alış qiyməti və ona başa gəldiyi məbləğə əsasən müəyyən etməlidir. Beləliklə o, bu maşınların zəkatını verməlidir.

Məlumat üçün aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/4439.html

http://www.muselmanlar.com/fitvalar/624.html

http://www.muselmanlar.com/fitvalar/5135.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.