Quranda körpəni süddən kəsməklə əlaqədar ayə var?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Körpəni əmizdirmək-Süd qohumluğu Tarix: 06 Şubat 2013 Tövsiyə et Çap et
Sual: Mənim 2 yaşını keçmiş bir qızım var. Hələ də süd əmir. Bilmək istərdim, bir körpə maksimum neçə yaşa qədər anasından süd əmə bilər?

Cavab: Təbii ki, Quranda belə ayə var. Orada bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməlidir. (Bu vəzifə) eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə və (süd haqqını) müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.” (Bəqərə, 2/233)

Bu ayəyə əsasən körpəyə südvermə (əmizdirmə) müddəti 2 ildir. Bununla belə, əgər körpənin ata və anası birgə qərar versələr, onu 2 il başa çatmadan da süddən kəsmək olar. Amma ayədən belə başa düşülür ki, 2 yaşına çatan körpə artıq süddən kəsilməlidir.

Oxşar bir sual və cavabı ilə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3495.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.032 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Süd bankı təsis etmək dini cəhətdən düzgündür? 25.02.13 1.824 dəfə oxundu
2 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.617 dəfə oxundu
3 Süd bankı təsis etmək barəsində nəyə əsasən təkid edirsiniz? 17.08.13 1.307 dəfə oxundu
4 Arvadının südünü içən kişi onun süd oğlu olur? 05.12.11 62.046 dəfə oxundu
5 Bir insan öz bacı-qardaşının süd qardaş-bacısı ilə evlənə bilər? 15.03.10 5.412 dəfə oxundu
6 İslama əsasən körpəni nə vaxta qədər əmizdirmək lazımdır? 01.11.11 3.375 dəfə oxundu
7 Hamilə qadın uşağa süd verə bilər? 21.11.10 5.239 dəfə oxundu
8 Qadın uşağına süd verməlidir, ya yox? 07.01.11 2.715 dəfə oxundu
9 Qurana əsasən körpə neçə ay əmizdirilir? 24, yoxsa 30? 29.05.11 5.088 dəfə oxundu
10 Ana uşağını 2 ildən artıq əmizdirə bilər? 29.09.12 2.832 dəfə oxundu
11 Quranda körpəni süddən kəsməklə əlaqədar ayə var? 06.02.13 3.032 dəfə oxundu