İslamda bir şəxsi cinayətə həvəsləndirməyin cəzası nədir?
Müsəlmanlar > Cəzalar > Fitvalar Tarix: 03 Şubat 2013 Tövsiyə et Çap et
Sual: İslamda planlanmış oğurluq və qəsdən adam öldürməyə verilən cəzalar məlumdur. Mənim sualım belədir: Bir nəfər başqa birini oğurluq etməyə həvəsləndirsə, ona nə cəza verilir? Oğurluğa təşviq edən şəxsə də oğurluq edən şəxs kimi əlkəsmə cəzası tətbiq olunur, yoxsa yox?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, cinayətin törədilməsində rol oynamağın müxtəlif dərəcələri var. Buna hüquq dilində cinayətə şəriklik deyilir. Cinayətin 1-dən artıq şəxslə törədilməsi, cinayətə vadaretmə, cinayət əlaqəsi və cinayəti törədənə kömək göstərmək kimi müxtəlif formalarda cinayətə şərik olmağa vəziyyətdən asılı olaraq müxtəlif cəzalar tətbiq olunur. Misal üçün, bütün İslam hüquqşünasları belə hesab edirlər ki, qəsdən adam öldürmə cinayətində iştirak edən hər bir şəxsə bu səbəbdən qisas cəzası verilməlidir.1

Qurana baxdıqda görürük ki, Lut peyğəmbərin arvadı haqqında: “Çünki onların başlarına gələcək əzab onun başına da gələcək”2 hökmü cinayətdə iştirak etmək məsələsi ilə əlaqədar vacib bir misaldır. Müvafiq ayələrə əsasən demək olar ki, Lutun qövmü homoseksuallığı bir həyat tərzi olaraq mənimsəmişdir;3 odur ki, onlar nəsilin qismən olsa da, yox olması ilə nəticələnən bir növ soyqırım cinayəti tərətdiklərinə görə cəza alıblar. Məlumdur ki, Lut peyğəmbərin arvadı öz cinsiyyəti baxımından digərləri ilə eyni işi görmürdü; bu, qeyri-mümkün idi. Bununla belə, onun da bu günaha dəstək olmağı, şərait yaratmağı və bəlkə də, insanları buna vadar etməyi ehtimal olunur. Buradan da onun eyni cəzaya layiq olduğunu başa düşmək mümkündür.

İndi isə qayıdaq planlanmış oğurluq cinayətinə. Qurana baxdıqda bu məsələ ilə əlaqədar olaraq həzrəti Yusifin qissəsi ilə qarşılaşırıq. Belə ki, onun qardaşları onlara qarşı irəli sürülən: “Ey karvançılar! Siz oğrusunuz!”4 formasındakı ittihamı rədd etmişdilər. Yəni, onların o vaxt oğurluq cinayətində iştirak etmədiklərini ayələrdən çıxarmaq olur. Amma ayədəki müraciət (xitab) bütün qardaşlara aid edilir. Çünki orada “oğrular” deyilir, bu söz cəm formada işlədilir. Bu da öz növbəsində diqqəti cəlb edən bir faktordur. Buna əsasən demək mümkündür ki, digər qardaşların təmiz olduğunun üzə çıxmaması ehtimalı ilə hər biri cinayətdə iştirak etməklə “oğru” sifətini alıb. Lakin bu məsələdə müxtəlif təhlillər də var. Məsələn, böyük İslam alimi Əbu Hənifə belə hesab edir ki, bir şəxs mühafizə olunan bir malı alıb öz dostuna versə, o da həmin şeyi mühafizə altından kənara çıxartsa, onlara əlkəsmə cəzası tətbiq oluna bilməz. Bu, onların hər ikisi üçün də belədir.5

Quranın ortaya qoyduğu cəza müəyyənetmə sistemində tərəzidə qızıl çəkmək qədər dəqiq və həssas bir müvazinət var. Buna görə də ədalətli bir cəzanın verilməsi üçün cinayətin bütün təfərrüatını bilmək lazımdır. Cinayətin müəyyən olunmasında onu törədən şəxsin məqsədi, xüsusiyyəti, pozulan hüquqlar, cinayətin törədilmə forması və sairə kimi bir çox meyar olmalıdır.

Nəticə olaraq deyə bilərik ki, əgər cinayətə həvəsləndirmə məsələsində sadəcə olaraq şifahi dəstəkdən söhbət gedirsə, bu halda1-ci şəxs cinayəti törədən şəxs kimi cəzalandırılmır. Çünki 1-ci şəxs əsl cinayətkar olan 2-ci şəxs kimi deyil; başqa cür desək, cinayəti bilavasitə o törətmir. Ancaq bu halda da cinayətə müvafiq bir cəzanın müəyyən edilməsi üçün daha dərin məlumata malik olmaq və tədqiqat aparmaq lazım gəlir. Bu məsələ ilə əlaqədar bir Quran ayəsində belə deyilir:

“Kim bir cinayət törətsə, o, ancaq cinayətə uyğun (misl) bir cəza ilə cəzalandırılır.”6

Bu ayəyə əsasən cinayətə uyğun gələn bir cəzanı müəyyən etmək üçün hər şeydən əvvəl cinayətkarın törətdiyi cinayəti görmək lazımdır.

Suala cavab verdi: Suat Ərdoğan (ilahiyyatçı müəllim, doktorant)

QEYD: İslam dinində oğurluq və cəzası barədə ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/4130.html

http://www.muselmanlar.com/fitvalar/4824.html

http://www.muselmanlar.com/fitvalar/4128.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: İbn Qüdamə, əl-Muğni, 11-ci cild, s. 490; Vəhbə Zühayli, əl-Fiqhu-l-İslami və ədillətuhu, 6-cı cild, s. 235; Əbu Zəhra, Əl-Cərimə, 299. []
  2. Hud, 11/81; Əraf, 7/83. []
  3. Əraf, 7/81-82; Hicr, 15/70-72. []
  4. Yusif, 12/70. []
  5. Kasani, Bədaiu-s-Sənai, 7-ci cild, s. 66. []
  6. Ənam, 6/160. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.396 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Misal verib İslam cəza hüququnu izah edərsinizmi? 18.03.11 1.434 dəfə oxundu
2 İslam dinində məhbuslara münasibət 24.03.13 1.655 dəfə oxundu
3 Dövlət səhv yolda olan təriqət və camaatları cəzalandıra bilərmi? 25.10.17 69 dəfə oxundu
4 İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir? 12.06.10 3.935 dəfə oxundu
5 Söz verdiyi işi vaxtında görməyənə pul cəriməsi tətbiq etmək olar? 18.06.13 1.305 dəfə oxundu
6 Yaxalanan oğru tövbə  edərsə, yenə də əli kəsilirmi? 29.12.17 101 dəfə oxundu
7 Qəddar bir qatilin cəzası nə olmalıdır? 30.03.11 1.642 dəfə oxundu
8 Təcavüzkarı öldürən qadına hər hansı bir cəza tətbiq edilirmi? 13.01.16 702 dəfə oxundu
9 Qəza nəticəsində bir insanın ölümünə səbəb olana nə cəza verilir? 05.02.18 117 dəfə oxundu
10 Oğruya tətbiq olunan əlkəsmə cəzası məcazidir, yoxsa həqiqi? 05.12.14 1.246 dəfə oxundu
11 Müsəlman ümməti hamılıqla məhv ola bilər? 09.06.11 1.944 dəfə oxundu
12 İmkanı ola-ola borcunu qaytarmayanlara nə edə bilərik? 29.10.13 1.554 dəfə oxundu
13 Dövlətin müharibə siyasətini tənqid etmək həps cəzasına səbəb olurmu? 12.03.18 105 dəfə oxundu
14 Özünümüdafiə zəminində adam öldürən şəxs diyət (qanbahası) ödəməlidirmi? 06.03.14 1.540 dəfə oxundu
15 Müsəlman qardaşlarını təhqir edənin cəzası nədir? 20.09.11 1.624 dəfə oxundu
16 Cinsiyyətini dəyişdirənlərin cəzası ölüm olmalıdır? 12.01.15 1.533 dəfə oxundu
17 Rəsulullah (ə.s.), “namaz qılmayan uşağı döyün” demişmi? 02.04.18 238 dəfə oxundu
18 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 3.496 dəfə oxundu
19 Maidə surəsinin 38-ci ayəsinə əsasən oğrunun iki əlini də kəsmək lazımdır? 13.12.11 3.672 dəfə oxundu
20 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.024 dəfə oxundu
21 Əyyub əleyhissəlamın başına gələnlərin səbəbi nə idi? 04.05.18 39 dəfə oxundu
22 Səhvən adam öldürən insan qanbahasını nə cür verməlidir? 02.04.10 2.765 dəfə oxundu
23 Peyğəmbərin dövründə oğruların əlini kəsirdilər? 14.12.11 1.646 dəfə oxundu
24 Qurana görə terorçulara necə bir cəza verilməlidir? 17.04.15 1.203 dəfə oxundu
25 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.135 dəfə oxundu
26 Allah valideynin səhvinə görə uşaqlara cəza verir? 15.12.11 2.953 dəfə oxundu
27 Quranda keçən hədd cəzaları hansı şərtlərdə tətbiq edilə bilər? 09.05.16 680 dəfə oxundu
28 Quranda İsrail oğullarına verilən cəzalar barədə nə deyilir? 10.06.10 1.741 dəfə oxundu
29 Qonşunun pəncərəsini qəsdən qıran şəxsə nə kimi bir cəza verilməlidir? 20.12.11 1.668 dəfə oxundu
30 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.384 dəfə oxundu
31 İslam hüququnda borcunu ödəyə bilməyənin cəzası nədir? 11.05.10 2.127 dəfə oxundu
32 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.581 dəfə oxundu
33 Firon və ailəsi hal-hazırda qəbir əzabı çəkirmi? 19.06.15 1.171 dəfə oxundu
34 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.729 dəfə oxundu
35 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.236 dəfə oxundu
36 Şəriətə görə namaz qılmayanın cəzası ölümdür? 15.08.16 871 dəfə oxundu
37 Quran və anaxronizm 05.07.09 2.021 dəfə oxundu
38 Oğurluğa görə əl kəsmə cəzası hansı şərtlər daxilində tətbiq olunur? 26.06.12 1.739 dəfə oxundu
39 Qan davasının İslam dinindəki hökmü nədir? 03.10.16 471 dəfə oxundu
40 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 2.237 dəfə oxundu
41 Subay əsir bir qadın zina edərsə, onun cəzası nə olmalıdır? 17.10.15 904 dəfə oxundu
42 Bir insanı qəsdən öldürənin tövbə etmək imkanı varmı? 05.10.16 513 dəfə oxundu
43 İslam dinində içki içməyin dəqiq bir cəzası var? 19.01.11 2.398 dəfə oxundu
44 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 5.896 dəfə oxundu
45 Qisasda diyət ödənməsi, pulu olanın istədiyini edə biləcəyi mənasına gəlməzmi? 17.10.16 427 dəfə oxundu
46 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.180 dəfə oxundu
47 İslamda bir şəxsi cinayətə həvəsləndirməyin cəzası nədir? 03.02.13 1.396 dəfə oxundu
48 Haram aylarda qisas cəzası tətbiq edilirmi? 28.10.16 451 dəfə oxundu
49 İslamda zorlamağın cəzası 19.01.11 4.429 dəfə oxundu
50 Dinə əsasən internetdən illeqal köçürmənin cəzası nədir? 14.02.13 1.268 dəfə oxundu
51 Peşman olan bir oğru, oğurluğunun kəfarətini necə ödəyə bilər? 06.10.17 152 dəfə oxundu