“Alimlər peyğəmbərlərin varisləridir” hədisi səhihdir?
Müsəlmanlar > Fitvalar > Hədis Tarix: 31 Ocak 2013 Tövsiyə et Çap et
Sual: Tez-tez eşitdiyimiz “Alimlər peyğəmbərlərin varisləridir” hədisi səhihdir? Mötəbər və düzgün hesab olunurmu?

Cavab : Ümumiyyətlə bu rəvayət müxtəlif ifadələrlə Tirmizi, Əbu Davud, İbn Macə və Əhməd ibn Hənbəldə qeyd olunmaqla bərabər, rəvayət zəncirində yer alan raviləri səbəbiylə “zəif”dir. Bu zəiflik səbəbiylə bu mətni Muhəmməd peyğəmbərə (s. a. v.) əsaslandırmağın çətin olduğunu deyə bilərik.

Rəvayətlə əlaqəli hökmü bu cür qısa şəkildə ifadə etdikdən sonra, cavabın detallarına keçə bilərik:

Hədisin bütöv mətni belə qeyd edilmişdir:

“Qeys ibn Kəsirin dediyinə görə  Mədinədən bir adam Şamda olan (səhabə) Əbud-Dərdanın yanına gəldi. Əbud-Dərda adamdan “ Səni buraya gətirən nədir qardaşım?” deyə soruşdu. Adam gəlişini belə ifadə etdi: “Rəsulullahdan nəql etdiyini eşitdiyim bir hədis”. Əbud-Dərda: “Ehtiyacın üçün gəldinmi?”, – deyə, soruşduqda adam: “Xeyr”, – dedi. Arxasından: “Bir ticarət üçün gəldinmi?” sualına adam: “Xeyr, ancaq bir hədisi səndən tələb etmək üçün gəldim” cavabını verdi. Bu zaman Əbud-Dərda, Rəsulullahı belə deyərkən eşitdiyini danışdı:

“Kim elm tələb etmək istəyi ilə bir yol tutarsa, Allah onun yolunu cənnətə çatdırır. Mələklər elm tələbəsinə, razılıqla qanadlarını sərərlər. Şüphəsiz ki, alim üçün göylərdə və yerdə olanlar istiğfar dilərlər. Hətta dənizdəki balıqlar belə. Alimin abidə (ibadət edən insana) üstünlüyü, ayın (bəzi rəvayətlərdə “dolunay halındaykən”) digər ulduzlara üstünlüyü kimidir. Şüphəsiz ki, alimlər nəbilərin varisləridir (إِنَّ الْعُلَمَاءَ وَرَثَةُالأَنْبِيَاءِ). Nəbilər dinar və ya dirhəm miras buraxmazlar. Onlar ancaq elmi miras buraxırlar. Kim bu mirası alırsa, çoxlu nəsib almış deməkdir.”

Rəvayəti bu mətinlə İmam Tirmizi qeyd etmiş və hədisin ancaq Asım b. Rəca b.Havyə rəvayəti ilə bilindiyini rəvayət etmişdir. Tirmizi bu rəvayəti Asım b. Rəca – Qays b. Kəsir- Əbud- Dərda  sənədiylə vermiş və bunun müttəsil (bütöv) olmadığını bildirmişdir. Doğrusunun isə Asım – əl- Vəlid b. Cəmil- Kəsir b. Qays- Əbud- Dərda sənədiylə nəql edldiyini deyərək, bu mövzuda ən səhih olan sənədin bu olduğunu əlavə etmişdir.1

Tirmizinin izahlarından bu iki nəticəyə çatmaq mümkündür:

1. Bəzi kitablarda hədisin ancaq “Alimlər nəbilərin varisləridir (الْعُلَمَاءَ وَرَثَةُالأَنْبِيَاء)” qismi nəql edilmiş olsa belə, bu mövzuda əsas alınacaq və ən səhih olan rəvayət, yuxarıda qeyd ediləndir. Birdə Tirmizinin bu izahıyla Əbu Davudun verdiyi başqa bir rəvayət zəncirinin məruf (bilinən) bir sənəd olmadığı ortaya çıxmaqdadır.2 Bilavasitə Tirmizinin işarət etdiyi bu sənəd və mətin üzərində işləmək lazımdır.3

2.  Rəvayəti Əbu Dərdadan alan adamın Qeys b. Kəsirmi yoxsa Kəsir b. Qeysmi olduğu haqda bir qarışıqlıq görülməkdədir. Hər nə qədər Tirmizi, ravinin adını Kəsir b. Qeys olduğuna dair fikrini ortaya qoysa da, belə bir tərəddüdün varlığı, sənədin “muzdarib” (qüsurlu) olduğunu, yəni müxtəlif şəkillərdə qarışdırılaraq nəql edildiyini gşstərməkdədir.

Bu iki nöqtəyə işarətin əhəmiyyətindən mühəddis Səxavinin (ö. 902) bu rəvayətlə əlaqəli dəyərləndirməsinə muraciət etmək lazımdır. O belə demişdir:

“Hədisi Əhməd, Əbu Davud, Tirmizi və başqaları Əbud-Dərdadan nəql etmişlər. Bunu İbn Hibban, Hakim və başqaları səhih görmüşlər. Həmzə əl-Kəttani hədisə “həsən” dediyi halda, bəziləri sənədindəki iztirab(qüsur) səbəbiylə “zəif” görmüşlər. Ancaq bu rəvayəti gücləndirən başqa şahidləri (rəvayətləri) vardır.”4

Səxavinin izahatlarından hədisin hökmü ətrafında mübahisə olduğu başa düşülməktədir. Bunun səbəbi sənədində olan “iztirab” olduğu göstərilmişdir. Bu qüsurun, Əbu Dərdadan nəqli Asim b. Rəcaya edən tabiin ismi haqqındakı qarışıqlıq olduğunu demək mümkündür. Hədisin qeyd edildiyi qaynaqların müəlliflərinə görə daha keçmiş dövrdə yaşayan bir mühəddis olan Vəkiin(ö. 197) əsərində bu qarışıqlığı açıq görməkdəyik. Belə ki, Vəki hədisi Asım b. Rəca- bir nəfər –Əbu Dərda sənədiylə qeyd etmişdir.5 Daha açıq bir ifadəylə, müəyyənləşdirdiyimizə görə hədisin yazılı olduğu ilk qaynaqda tabii ravisinin məchul(bilinməyən) olduğu və daha sonrakı dövrdə bu ravinin adı üzərində qarışıqlıqların ortaya çıxdığı görülməktədir.

Buna görə, hədisin xüsusiylə iki ravisi üzərində durmaq lazımdır. Xüsusiylə adı qarışdırılan Kəsir b. Qeysdan bəhs etmək münasibdir.

Kəsir b. Qeysın Şamlı olduğu və Əbud- Dərdadan bu hədisi nəql etdiyi bilinməktədir. Bilavasitə Abdullah b. Ömərdən bir rəvayəti olduğu məlumdur. Eyni zamanda ona Qeys b. Kəsir də deyilmişdir; ancaq bu bir xatadır. Kəsir b. Qeysi İbn Hibban güvənilir görmüşdür. Ancaq hədis ravisi mütəxəsislərindən İbn Hacərin seçiminin bu ravinin zəif olduğu yöndədir, deyə bilərik. Çünki öz görüşünü bildirərkən, ancaq Kəsirin zəif olduğunu bildirən muhaddislərin görüşlərini verməkdədir.6 Bununla bərabər, Kəsir b. Qeysin rəvayətləri ilə əlaqəli fərqli bir rəvayət nümunəsi gətirilməmişdir. Bu məlumatlar işığında Kəsirin çox da tanınan bir ravi olmadığı deyilə bilər.

Kəsir b. Qeysin tanınan bir ravi olmadığı görüşünü, ondan bu hədisi nəql edən əl-Vəlid b. Cəmil haqqında verilən məlumatlar da gücləndirməktədir. Kəsirdə olduğu kimi əl-Vəlidin adı haqqında da mübahisə olduğunu görməkdəyik. Beləki ona Davud b. Cəmil də deyilmişdir. Mühəddislərin əl-Vəlidin zəif və məchul bir ravi olduğuna dair görüşləri ağırlıqdadır. Hətta Əbud-Dərdanın rəvayətlərində həm əl-Vəlidin həm də hədisi aldığı adamın olduğu da ifadə edilmişdir. Onun bu hədisin sənədindən belə bilindiyini müəyyən etmək mümkündür.7

Verilən bu məlumatlar sayəsində əlaqəli hədisin ən qüvvətli isnadında, səhabə ravisi Əbud-Dərdadan sonra arxa-arxaya gələn iki ravinin məchul və zəif olduğu görülməktədir. Bu səbəblə İmam Səxavinin görüşünün əksinə, belə bir nöqsana sahib rəvayətin başqa hədislərlə qüvvətlənəcəyi və ya dəstəklənəcəyini demənin münasib olmadığı görüşündəyik. Hədisin daşıdığı bu zəiflik səbəbiylə də bu mətni Rəsulullaha əsaslandırmanın çətin olduğunu deyə bilərik.

Hazırladı: Cüneyd Coşqun (ilahiyyatçı alim)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Tirmizi, Elm 19. Əlavə olaraq hədis, oxşayan sözlərlə və eyni isnadla bu qaynaqlarda da keçməkdədir: Əbu Davud “Elm”, 1; İbn Macə “Müqəddimə” 17. bab, 223 nömrəli hədis; Əhməd b. Hənbəl “ əl-Müsnəd” thq.: Əhməd Muhamməd Şakir və Həmzə Əhməd əz-Zeyn, 20c. “Darul-Hadis” Qahirə, 1995/1416, c.16, s. 71, hədis no: 21612. []
  2. Bax: Əbu Davud “Elm” 1. []
  3. Əbul-Fərəc İbnül-Cəvzi (ö. 597), bu rəvayətlə əlaqəli bir bölüm açmış və bəzi fərqli versiyaların səhih olmadığını ortaya qoymuşdur. Bax: İbnül-Cəvzi, “əl-İləlül-Mütənahiyə”, “Darul-Kütübül-Elmiyyə” Beyrut, thq: “Xalil əl-Məys” 2 c. s. 81. Bir də Vəki b. əl-Cərrahın “Zühd” adlı əsərini təhqiq edən Abdurrahman Abdulcəbbar əl-Ferivai, hədisin fərqli versiyalarını bir araya gətirmişdir. Onun dəyərləndirməsində də hədisin başqa versiyalarında bir çox qüsurun olduğu müşahidə edilməktədir. Məsələn: Kəsir b. Qeysin adı üstündə gedən qarışıqlığın oxşarı başqa raviyə də aiddir. Bu ravi əl-Vəlid b. Cəmildir. Bəzi rəvayətlərdə onun adı Cəmil b. Qeys; bəzilərində isə Davud b. Cəmil olaraq keçməkdədir. Ətraflı izahat üçün bax: Əbu Süfyan Vəki b. əl-Cərrah “Kitabuz-Zühd” 197/812; thq: Abdurrahman Abdulcəbbar əl-Fervai, 3c. Mədinə Məktəbətüd-Dar, 1984, c.3 s.833-v.d. 519. hədisin dəyərləndirilməsi. []
  4. Əbul-Xeyr Şəmsəddin Muhamməd b. Abdurrahman b. Muhamməd Səhavi “ əl-Məqasidül-Hasənə fi Bəyani Kəsirin minəl-Əhadisil-Müştəhirə aləl-Əlsinə” thq: Muhamməd Osman əl-Huşt, Beyrut, Darul-Kitabil-Arabi, 2002, s. 340. []
  5. Vəki, hədis mətninin “Alimlər nəbilərin varisləridir…” qismindən sonrasını qeyd etmişdir. Vəki b. əl-Cərrah “Zühd” c. 3, s. 833. []
  6. Əbul-Fəzl Şəhabəddin Əhməd İbn Həcər əl-Əsqalani “ Təhzibut-Təhzib” 12 c. Dairətül-Maarifin-Nizamiyyə, Heydərabad, 1325, c. 8, s. 426. []
  7. Bilavasitə onun hədis müəllimi olaraq ancaq bu hədisdəki müəllimi Kəsir b. Qeys göstərilməktədir. Digər tərəfdən Vəliddən hədis nəql edən tələbə olaraq bu hədisi ondan nəql edən Asım b. Rəca qeyd edilmişdir. Bunun xaricində hədis aldığı və ya hədis nəql etdiği bir ravinin adı verilməmişdir. Ətraflı məlumat üçün bax: İbn Hacər “Təhzib” c. 3, s. 181. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.693 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 1.856 dəfə oxundu
2 Toy gecəsi bəy gəlinin ayağını yumalıdır? 20.11.10 7.563 dəfə oxundu
3 Axır zəmanədə az ibadət edən xilas olacaq? 05.04.11 1.488 dəfə oxundu
4 Peyğəmbər deyib ki, rəhmətliklərinizə Yasin oxuyun? 14.05.12 14.916 dəfə oxundu
5 Biz dini məsələlərdə kimə tabe olmalıyıq? 23.12.13 1.209 dəfə oxundu
6 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 4.576 dəfə oxundu
7 Alimliyin meyarı çoxlu hədis bilməkdir? 15.05.14 961 dəfə oxundu
8 “Yerə göyə sığmaram, mömin bəndəmin qəlbinə sığaram” sözü hədisdir? 16.06.11 1.509 dəfə oxundu
9 Qeyri-müsəlman ölkədə faiz almaqla əlaqədar hədis var? 21.05.12 1.400 dəfə oxundu
10 Çəlik istifadə etmək sünnədir? 27.01.14 1.232 dəfə oxundu
11 Dünya möminlərə zindan, kafirlərə də cənnətdir? 17.05.11 1.714 dəfə oxundu
12 İnsanın ev, paltar, çörək və sudan başqa bir şeyə haqqı var? 22.01.11 1.682 dəfə oxundu
13 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 2.091 dəfə oxundu
14 Allah xoşlamadığı idarəçilərə yaltaq köməkçilər verir? 06.06.12 1.702 dəfə oxundu
15 Bir hədisin səhih sayılma meyarı nədir? 13.04.17 426 dəfə oxundu
16 Quranda nənə və nəvənin evlənməyi ilə əlaqədar bir hökm yoxdur? 29.11.14 2.274 dəfə oxundu
17 “Ev tikmək üçün xərclənən pulda xeyir yoxdur” hədisi səhihdir? 23.01.11 2.123 dəfə oxundu
18 “Möminin başından dərd-bəla kəm olmaz” kimi bir hədis var? 11.07.11 1.529 dəfə oxundu
19 “Alimin yuxusu cahilin ibadətindən xeyirlidir” hədisi mötəbərdir? 21.07.12 1.602 dəfə oxundu
20 Bir məsələ Quranda keçirsə, əlavə olaraq hədisə baxılarmı? 02.01.18 101 dəfə oxundu
21 “Ən yaxşı müsəlman xanımı ilə yaxşı dolanandır”. Bu hədis necə izah edilir? 16.02.10 1.761 dəfə oxundu
22 Üzüqoylu yatmaq 19.06.10 9.858 dəfə oxundu
23 “Məni sevən bəlaya düçar olar” formasında bir hədis var? 06.09.11 1.623 dəfə oxundu
24 “Sünnəmi əhya edənə yüz şəhid savabı var” hədisi mötəbərdir? 10.12.12 1.260 dəfə oxundu
25 Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi? 11.05.18 307 dəfə oxundu
26 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 2.674 dəfə oxundu
27 Əsrlə şam arasında yatmaq təhlükəlidir? 24.01.11 5.793 dəfə oxundu
28 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 1.921 dəfə oxundu
29 “Üç işdən ötrü Ərəbləri sevin” deyə bir hədis var? 10.12.12 1.494 dəfə oxundu
30 Hədislərin hikmət olduğunun dəlili nədir? 16.07.18 117 dəfə oxundu
31 Peyğəmbərlərin hamısı çobanlıq ediblər? 17.03.10 2.527 dəfə oxundu
32 Əl-Buxarinin özü tərəfindən yazılan orijinal nüsxə indiyədək durur? 10.02.11 4.259 dəfə oxundu
33 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 2.072 dəfə oxundu
34 “Alimlər peyğəmbərlərin varisləridir” hədisi səhihdir? 31.01.13 1.693 dəfə oxundu
35 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 2.001 dəfə oxundu
36 Şəvval orucu 29.06.09 3.689 dəfə oxundu
37 Quran və hədis proqramı olan aparatla ayaqyoluna girmək olar? 24.01.12 2.053 dəfə oxundu
38 İnsanlar nəyə görə hədis uydurublar? 13.03.13 1.329 dəfə oxundu
39 Hədislərə əsasən insanların ən xeyirlisi kimdir? 06.04.10 1.702 dəfə oxundu
40 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 2.148 dəfə oxundu
41 “«Hədisi burax, Qurana bax»” deyənlər olacaq.” Bu mötəbər bir hədisdir? 14.02.12 1.644 dəfə oxundu
42 Mövzu hədislərlə bağlı mənbələr hansılardır? 17.03.13 1.192 dəfə oxundu
43 Sələbə əhvalatı həqiqətən də olub, yoxsa əfsanədir? 03.05.10 1.662 dəfə oxundu
44 Əşəreyi-mübəşşərə hədisini necə başa düşmək lazımdır? 22.02.11 1.481 dəfə oxundu
45 İnsanların dərin mənalı sözlərini hikmət adlandırmaq olar? 27.02.12 2.220 dəfə oxundu
46 “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm” hədisi mötəbərdir? 11.04.13 1.554 dəfə oxundu
47 Sədəqə vermək ömrü uzadır? 03.05.10 2.441 dəfə oxundu
48 “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi səhihdir? 06.08.14 1.096 dəfə oxundu
49 “Zöhrün ilk 4 müstəhəbini qılmayan şəfaətimə nail olmaz” hədisi mötəbərdir? 06.03.12 2.133 dəfə oxundu
50 Hədislər etiqadi məsələlərdə dəlil ola bilər? 18.04.13 1.358 dəfə oxundu
51 Lovğaya qarşı lovğalıq etmək lazımdır? 20.06.11 2.969 dəfə oxundu
52 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.845 dəfə oxundu
53 “Ümmətimin ömrü 1500 ili keçməyəcək” hədisi mötəbərdir? 07.03.12 1.681 dəfə oxundu
54 Qüdsi hədislər də hikmət məfhumuna daxildir? 19.04.13 1.233 dəfə oxundu
55 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.189 dəfə oxundu
56 “Namaz möminin meracıdır” sözü hədisdir? 11.07.10 2.304 dəfə oxundu
57 Deyilənə görə hər əsrə bir alim gəlir. Bu düzdür? 08.03.11 1.461 dəfə oxundu
58 “1 saatlıq təfəkkür 1 illik əlavə ibadətdən yaxşıdır” hədisi var? 30.03.12 1.434 dəfə oxundu
59 Zəif hədislə əməl etmək olarmı? 11.05.13 1.350 dəfə oxundu
60 Zəmanənin imamına beyət etmək 03.03.10 2.941 dəfə oxundu
61 “Vətən sevgisi imandandır” sözü hədisdir? 01.11.14 1.433 dəfə oxundu
62 Hədislər olmasa, Quranı başa düşmək olmaz? 13.03.11 2.457 dəfə oxundu
63 Əcluninin “Kəşfu-l-xəfa” əsəri mötəbər bir mənbədir? 09.05.12 1.247 dəfə oxundu
64 “Müflis mömin” hədisinin bəndə haqq-hüququ baxımından izahı 22.05.13 1.434 dəfə oxundu
65 Peyğəmbər məscidində 40 vaxt namaz qılmaq 03.04.11 2.157 dəfə oxundu
66 “Atıcılığı öyrəndikdən sonra buraxan bizdən deyil” sözü hədisdir? 29.11.10 2.013 dəfə oxundu
67 Məscidə getməyənlərin evi yandırılmalıdır? 15.03.11 2.812 dəfə oxundu
68 Ən-Nəsai mötəbər bir hədis alimidir? 10.05.12 1.187 dəfə oxundu
69 Nasiruddin əl-Albani mötəbər bir hədis alimidir? 27.05.13 1.413 dəfə oxundu
70 Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür? 12.08.14 1.025 dəfə oxundu
71 “Mən 2 qurbanlığın oğluyam” kəlamı hədisdir? 20.11.10 1.713 dəfə oxundu
72 “Cənnət anaların ayaqlarının altındadır” mövzu hədisdir? 31.03.11 2.420 dəfə oxundu
73 “2 günü eyni olan aldanıb” sözü hədisdir? 11.05.12 1.530 dəfə oxundu
74 İxlas surəsini 11 dəfə oxuyub ölünün ruhuna tapşırmaqla əlaqədar bir hədis var? 04.06.13 1.613 dəfə oxundu