Müsəlmanlar

12 rükət qılınan gündəlik müstəhəb namazlar hansılardır?

Sual: Hər gün qılınan və 12 rükətdən ibarət olan sünnə (müstəhəb) namazlar hansı namazlardır? İkindi (əsr) namazının axırında, yaxud da əsrdən qabaq sünnə namaz var, yoxsa yox?

Cavab: İkindi namazının axırında sünnə namaz olduğuna dair peyğəmbər hədisləri var. Lakin məzhəblər əsasən ikindidən əvvəl namaz məsələsindəe yni fikirdədirlər. Yəni, Hənəfi məzhəbindən olanlar günorta (zöhr) namazından əvvəl 2+2 formasında 4 rükət sünnə namaz qılırlar. 2 rükət də zöhr namazından sonra qılırlar. 2 rükəti isə şam (axşam) namazından sonra qılırlar. 2 rükət xüftəndən (işa) sonra, 2 rükət isə sübh (sabah, səhər) namazından qabaq qılırlar. Bunları topladıqda nəticə 12 rükət olur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.