Müselmanlar
Müstəhəb oruc tutan şəxs ən gec nə vaxtadək niyyət etməlidir?

Müstəhəb oruc tutan şəxs ən gec nə vaxtadək niyyət etməlidir?

Sual: Səhər yeməyinə (zavtrak) qədər bir şey yeməsək və səhər yeməyinə baxıb xoşumuza gəlirsə yesək, gəlmirsə oruc tutmağa niyyət etsək, olar? Bu cür oruc tutmaq dini cəhətdən düzdür?

Cavab: Sizin sualınızla əlaqər bir peyğəmbər hədisi var. Belə ki, möminlərin anası həzrəti Aişədən rəvayət edilir:

“Allahın elçisi bir gün mənim yanıma gəldi və soruşdu: “Yeməyə nəsə var?”. Mən də cavab olaraq: “Yox”, – dedim. O da: “Elə isə mən orucluyam”, – buyurdu. ((Buxari, Savm (oruc), 21, 51; Müslim, Siyam (oruclar), 169 (1154) və 170.))

Bu hədisə əsasən müstəhəb oruc tutan şəxslər əgər imsak vaxtından sonra nəsə yemək-içmək və cinsi əlaqə kimiorucu batil edən işlərdən birini görməyiblərsə, duha vaxtına qədər (zöhr namazının vaxtından 5-10 dəqiqə əvvələ qədər) oruc tutmağa niyyət edə bilərlər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin