Müsəlmanlar
Kirayə ilə faizin fərqi nədir?

Kirayə ilə faizin fərqi nədir?

Cavab: Kirayə və faiz bir-birindən fərqlənir. Bu fərqli cəhətləri aşğıdakı kimi ifadə etmək olar:

A) Faiz

1. Faiz pul və oxşar standart malların müəyyən müddətə borc verilib qaytarılan məbləğin misli və bir qədər artığı ilə verilməsindən irəli gəlir.

2. Faizdə borc verilən mal istehlak olunur, yəni, işlədilir. Qaytarıldıqda məhz həmin mal deyil, onun misli (eynisi) olan standartlara uyğun bir oxşarı qaytarılır.

3. Faizdə borc alınan şeyin bütün riski borcu alan şəxsin öhdəsinə düşür. Pul itsə və ya oğurlansa da, borclu şəxs o məbləği və artığını qaytarmalıdır. Yəni, bu, faiz məsələsində bir məcburiyyətdir.

B) Kirayə

1. Kirayə sadəcə olaraq mənfəətindən istifadə olunan və eyni qaydada qaytarıla bilən mallarda olur. Yəni, istehlak olunan mallarda kirayədən söhbət gedə bilməz.

2. Kirayə məsələsində bir malın borc verilib artığı ilə qaytarılması yoxdur.

3. Kirayəyə verilən mal ilə təhvil alınan mal bir-birindən fərqlənir. Buna görə də verilənin artıqlamasıyla alınmağından söhbət gedə bilməz.

4. İstehlak edilən mallar kirayəyə verilmir. Yəni, pul, buğda, arpa və sairə kimi istehlak olunan və misli qaytarılan şeylər kirayəyə verilə bilməz.

Odur ki, istər ev, istərsə də torpaq olsun, mənfəətindən istifadə edilən və olduğu kimi qaytarılan mallar qəbilindən olduqlarına görə və kirayələmə ərzində (kirayənişinin qəsd və təqsiri istisna olmaqla) bütün problem, xəsarət, yanma, itmə, zəlzələ və sairə kimi fəlakətlərin nəticəsində tamamilə yox olmaq kimi bütün risklər kirayənişinə deyil, malın yiyəsinə aid olduğu üçün bu cür malları kirayəyə vermək olar.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.