Müselmanlar
Ticarətlə məşğul olan saytlar Cümə vaxtı bağlanmalıdır?

Ticarətlə məşğul olan saytlar Cümə vaxtı bağlanmalıdır?

Sual: Bizim işlədiyimiz firmanın bir saytı var. Bu vebsayt gecə-gündüz satış işləri ilə məşğul olur. Sualım budur: Cümə namazının vaxtında bu saytı bağlamalıyıq, yoxsa yox? Əgər bağlamalıyıqsa, haranın Cümə vaxtını əsas götürməliyik? Firma Bakıda yerləşir. Tutalım ki, Bakıda namaz vaxtı daxil olduqda saytı bağladıq. Lənkəran və ya Cəlilabadda Cümə namazını qılıb məsciddən çıxan bir şəxs saytımız bağlı olduğuna görə internetdən nəsə ala bilməyəcək. Halbuki öz yaşadığı yerdə cümə namazının vaxtı gəldikdə al-veri (ticarət) bir kənara buraxıb namaza getmişdi (yəni, Allahın Cümə namazı haqqındakı əmrini yerinə yetirmişdi). Cümədən çıxandan sonra internetdən bir şey almaq istəyir ancaq sayt bağlıdır! Çünki firmanın yerləşdiyi yer Bakıdır və sayt Bakıda Cümə namazı vaxtında bağlanmışdır! Belə bir halda nə etmək olar? Bu məsələ dini cəhətdən nə cür qiymətləndirilə bilər?

Cavab: Cümə namazını qılmaq hansısa bir firmə və ya şirkətə deyil, orada işləyənlərə vacibdir! Odur ki, firmanın harada olmağının mətləbə dəxli yoxdur. Hansı bölgədə Cümə namazının vaxtıdırsa, orada işləyən/yaşayan müsəlman şəxslər namaza getməlidirlər. Bu, fərz (vacib) bir əməldir. Buna əsasən də Cümə namazına getməyənlərin, yaxud da olduqları bölgələrə görə namazı firmanın yerləşdiyi yerdən bir qədər qabaqcadan qılanların (şərq rayonları) və ya bir qədər gec qılanların (qərb rayonları) inetrenetdən al-ver etməyinin sizə bir ziyanı yoxdur. Yəni, bu, ibadətə təsir etmir.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavabı da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/4146.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin