Müsəlmanlar

Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa məcazi?

Sual: Nur surəsinin 2-ci ayəsində “zinakar kişi və zinakar qadının hər birinə 100 çubuq vurulmağı əmr edilir.” Bu ifadələr həqiqətdir, yoxsa xəyali? Zina edənlərin cəzasının Allah tərəfindən axiətdə verilməyi daha yaxşı olmaz?

Cavab: Zina edənin həm bu dünyada, həm də o dünyada cəzası var. Bununla əlaqədar Allah belə buyurub:

“Zinakar kişi və zinakar qadının hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində bu işi icra edərkən ürəyiniz onlara qarşı yumşaq olmasın. Möminlərdən bir dəstə də onlara verilən əzaba şahid olsun, öz gözləriylə görsün.” (Nur, 24/2)

Zina edənə 100 dəyənək vurulmağı xəyali deyil, həqiqi bir cəzadır. Əks halda, ayədə ifadə edilən “Möminlərdən bir dəstə də onlara verilən əzaba şahid olsun, öz gözləriylə görsün” sözlərinin bir mənası olmazdı.

Zina edənlərə vurulan 100 dəyənək cəzası dünyadakı cəzadır. Tövbə etməyənin cəzası axirətdə başqadır.

http://www.muselmanlar.com/tedqiqatlar/2133.html

Allah Təala zinanı böyük günahların içində sayaraq axirətdəki cəzasıyla əlaqədar belə buyurur:

“Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz. Allahın haram etdiyi cana haqsız yerə qıymaz. Zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!” (Furqan, 25/68-70)

http://www.muselmanlar.com/fitvalar/4199.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.