Bakirəlik
Müsəlmanlar > Evlilik-Ailə > Fitvalar Tarix: 05 İyul 2009 Tövsiyə et Çap et
Sual: Zifaf gecəsi arvadının qızlıq pərdəsinin olmadığını, yəni, onun bakirə olmadığını görən bir kişi buna əsaslanaraq kəbinin ləğv edilməsini tələb edə bilər?

Xeyr, tələb edə bilməz.

Bu məsələdə bir qadın üçün qüsur və nöqsan hesab edilən şeylər bunlardır:

Qadının cinsiyyət orqanında cinsi əlaqəyə mane olan sümük, ət parçası yaxud da qabaq hissə ilə arxa hissə arasındakı pərdənin yırtıq olması.

Əgər kişi belə bir şikayətlə məhkəməyə müraciət etsə, məhkəmə işi müəyyən qaydalar daxilində normal şəkildə aparılır və lazım gəlsə, kəbin ləğv edilir. Qızlıq pərdəsinin olmaması bu nöqsanlardan deyil. Başqa sözlə, qızlıq pərdəsinin olmadığını səbəb göstərib kəbinin ləğv edilməsini tələb etmək olmaz.

Bəkarət nə qədər mühüm olsa da, nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Əksi sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq və qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və haqq-hüquq verilməyib.

Əgər bir şəxs hər hansı bir qızla həmin qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək onunla evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna hüququ çatır[1].

Qızın bakirə olub olmadığını ancaq və ancaq aşağıdakı hallarda yoxlamaq olar:

Qız/qadın ərinin onunla cinsi əlaqəyə girmədiyini iddia edərək ondan boşanmaq istədiyini bildirsə və bu tələblə məhkəməyə müraciət etsə, hakim vəziyyəti qəymətləndirməlidir. Əgər kişi müalicə edilə bilərsə, məhkəmə heyəti ona müalicə üçün 1 il möhlət (vaxt) verməli və müalicə edilməli olduğuna dair xəbərdarlıq etməlidir. Bu müddət başa çatdıqdan sonra qadın ərinin hələ də onunla cinsi əlaqəyə girmədiyini (girə bilmədiyini) bildirsə və kişi buna etiraz etsə, vəziyyətə baxılmalı və qadının bakirə olub-olmadığı yoxlanılmalıdır. Bu yoxlama qadının tələbini nəzərə alıb boşanma qərarı vermək üçün aparılır[2].


[1] Ömər Nəsuhi Bilmən, Hüquqi islamiyyə və istilahati fiqhiyyə külliyatı (İslam hüququ və fiqh (islam hüququ) terminləri külliyatı), İstanbul, 1985, 2-ci cild, s. 141.

[2] Eyni əsər, s. 351.

2.503 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Süni mayalanma yolu ilə övlad sahibi olmaq dini cəhətdən qadağandır? 08.03.10 18 dəfə oxundu
2 Bakirəlik 05.07.09 2.503 dəfə oxundu
3 Mən dul bir qadınla evlənmək istəyirəm. Həmin qadın müsəlman deyil. 24.07.09 104 dəfə oxundu
4 Evlilikdən qabaq baş verən cinsi akt və zina məsələsi 24.07.09 243 dəfə oxundu
5 Toy gecəsi aybaşı 24.07.09 2.324 dəfə oxundu
6 İslam dinində qaraçı bir qızla evlənməyə necə baxılır? 24.07.09 267 dəfə oxundu
7 Nişan ləğv edildikdə hədiyyələr qaytarılmalıdır? 24.07.09 81 dəfə oxundu
8 Ağsaqqal və böyüklərə hörmət əlaməti olaraq ata demək 24.07.09 61 dəfə oxundu
9 Bir kişi bir qadını sevə bilər? 24.07.09 107 dəfə oxundu
10 Dayı oğlu ilə xala qızının evlənməyində dini cəhətdən bir problem var? 24.07.09 104 dəfə oxundu
11 İnsanın kiminlə evlənəcəyi o hələ ana bətnində olduqda müəyyənləşdirilib? 24.07.09 170 dəfə oxundu
12 İslama əsasən ər arvadına əmr verə bilər? Bunun sərhədləri nədir? 11.12.09 111 dəfə oxundu
13 Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? 22.02.10 48 dəfə oxundu
14 Kəbin, zaqsa getmək, molla kəbini və kəbində ailənin icazəsi məsələləri 14.12.09 213 dəfə oxundu
15 Dinimiz baxımından bakirəliyin əhəmiyyəti nədən ibarətdir? 17.12.09 431 dəfə oxundu
16 Qohumla evlənmək hansı qarına qədər haramdır? 22.02.10 55 dəfə oxundu
17 Ailələrin narazılığına baxmayaraq rəsmi kəbinlə evlənmək olar? 19.02.10 57 dəfə oxundu
18 Nişanlıların Kəbini 14.05.09 289 dəfə oxundu
19 Anamı razı salmaq üçün istəmədiyim bir insanla ailə qurmağım düzgündür? 16.02.10 52 dəfə oxundu
20 Gəlinlər qayınana və qayınataya baxmağa məcburdurlar? 08.02.10 91 dəfə oxundu