Müselmanlar
Daşıyıcı analıq yoluyla uşaq sahibi olmaq olar?

Daşıyıcı analıq yoluyla uşaq sahibi olmaq olar?

Sual: Qadının bətni olmadığı halda öz yumurtası ilə yoldaşının spermasının süni olaraq birləşdirib daşıyıcı anaya verilməsi vasitəsilə uşaq sahibi olmaq olar?

Cavab: Daşıyıcı (surroqat) analıq yolu ilə uşaq sahibi olmaq dini cəhətdən məqbul hesab olunmur.

Allah Təala uşağın anasının onu dünyaya gətirən qadın olduğunu bildirib. O, belə buyurub:

“İçinizdən həyat yoldaşlarını analarına oxşadanların, həyat yoldaşları onların anaları olmazlar. Onların anaları onları dünyaya gətirənlərdən başqası ola bilməz. Onlar münasibətsiz, yalan sözlər söyləyirlər. Həqiqətən Allah əfv edən, bağışlayandır. (Mücadilə, 58/2)

Allah Təala bir çox ayədə də ananın uşağı bətnində daşımasını vurğulayır. (Əlaqədar ayələr üçün baxın. Loğman, 31/14; Əhqaf, 46/15). Günümüzdəki tibbi və elmi araşdırmalar da qarındakı uşağın özünü bətnində  gəzdirən ananın yediyindən içdiyinə qədər hər cür halının onun boynunda təsiri olduğunu göstərir.

QEYD: Bu mövzuda ətraflı məlumat əldə etmək istəyənlər üçün elmi bir məqalə tövsiyə edə bilərik:

Ülfət Görgülü, “Daşıyıcı Analıq-Fıkhi Bir Baxış” İslam Hüququ Araşdırmaları jurnalı, nəşr 2010/15, s. 197-208.

Məqaləyə İslam Hüququ Araşdırmaları jurnalı və ya İSAM kitabxanası veb saytından baxa bilərsiniz.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/tedqiqatlar/4373.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin